Azərbaycanın xarici dövlət borcu 7 milyard dollara çatdı
20:37 / 30.06.2017
1070
Bu il aprelin 1-i üçün Azərbaycanın xarici dövlət borcu 7 milyard dollar təşkil edib. Bu, ilin əvvəlindəkindən 87 milyon və ya 1,2% çoxdur.
Sfera.az "Turan"-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər zərfində məlumat verilir.
2017-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 mlrd ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər 7 milyard dollar, o cümlədən ilin I rübündə $83,2 mln olub. Bu kreditlərin 57,3%-i 10 ilədək ödənilməlidir.