Formula 1 yarışlarında ikinci sərbəst yürüşün NƏTİCƏLƏRİ məlum oldu

Formula 1 yarışlarında ikinci sərbəst yürüşün NƏTİCƏLƏRİ məlum oldu
Bakıda keçirilən Formula 1 yarışlarında ikinci sərbəst yürüş başa çatıb.
Sfera.az Trend-ə istinadən bildirir ki,  bu mərhələni də "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen lider başa vurub.

Yürüşün son saniyələrində qəza törətməsinə baxmayaraq, o 1:43.362 dəqiqə nəticə göstərərək birinci yürüşdə göstərdiyi nəticəni daha da yaxşılaşdırıb.

İkinci nəticəni "Mercedes" pilotu Valtteri Bottas (1:43.462), üçüncü nəticəni digər "Red Bull" pilotu Daniel Rikkardo (1:43.473) göstərib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxıb. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

OXŞAR XƏBƏRLƏR

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb

Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə "Cybernews" nəşri məlumat y...

Qusarda hərbi hissədə nöqsanlar aşkar edilib - FOTOLAR

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib.   Bu barədə Sfera...

İşğal dövründə Rusiya Ermənistan üçün bunları daşıyırmış - VİDEO

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyi...

Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi he...

"Qarabağ" UEFA reytinqində geriləyib

Klubların yeni UEFA reytinqi açıqlanıb.   Sfera.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında VII turun bu həftə keçirilən oyunları bəzi d...

Pərvin Kərimzadə: Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub

Azərbaycan bir sıra önəmli beynəlxalq platformalarda fəal iştirak edir. Belə platformalardan biri də ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən ...