Ronaldodan AFFA-nın baş katibinə vicdan dərsi - Öz oğlunu yox, şəhid, neftçi balasını...

Ronaldodan AFFA-nın baş katibinə vicdan dərsi - Öz oğlunu yox, şəhid, neftçi balasını...

Kriştiano Ronaldo… O, ötən gecə bir daha sevənlərinin könlünü fəth etməyə nail oldu.


Söhbət təkcə onun Konfederasiyalar Kuboku çərçivəsində Rusiya ilə keçirilən oyunda rəqib qapısına vurduğu qələbə qolundan getmir. Portuqaliya millisinin üzvü matça fiziki məhdudiyyətli qızla çıxaraq, milyonların alqışını qazandı.

Balaca qızcığaz həmin anla bağlı təəssüratlarını bölüşüb. Videoya baxarkən onun nə qədər bəxtəvər olduğu gözlərinin parıltısından hiss edilir. Bu, əlil arabasına məhkum olan birinin xoşbəxtliyin zirvəsinə yüksəlməsi idi. Yəqin ki, rusiyalı uşaq bu anı ömrünün sonuna qədər unutmayacaq.

Ronaldo bu addımı ilə AFFA rəhbərliyinə də vicdan dərsi keçmiş oldu. Ulduz futbolçunun jestini görər-görməz millimizin Almaniya ilə Bakıdakı oyununun əvvəlini xatırladım. Ölkədə xoşbəxt anlara həsrət qalan neçə-neçə fiziki məhdudiyyətli uşaqlar, şəhid balaları ola-ola, futbolçular meydana məmur övladlarının uşaqları ilə çıxmışdı. Onlardan biri də AFFA-nın baş katibi Elxan Məmmədovun yağ-bal içində böyüyən oğlu idi.

Halbuki, həmin vaxt daha fərqli, daha vicdanlı addım atmağa gərək vardı. Məsələn, neft platformalarında baş verən qəzalar zamanı Xəzərdə itkin düşən neftçilərin övladlarını bir neçə dəqiqəlik də olsa, sevindirmək olardı. Unutmaq lazım deyildi, cənab Məmmədov! Unutmaq lazım deyildi ki, sən maaşı o körpələrin itkin düşən atalarının dənizin dibindən çıxartdığı neftin hesabına alırsan. Unutmaq lazım deyildi ki, ümumilikdə AFFA-nın da, Azərbaycan futbolunun da sponsoru SOCAR-dır!

Və yaxud da Aprel döyüşlərində vətən üçün canından keçən igidlərimizin balalarını ön plana çıxartmaq lazım idi. Bizi bağışlayın, şəhid balaları. Təəssüf ki, sizin yerləriniz Elxan Məmmədov kimiləri tərəfindən əvvəlcədən bron edilib. (yeniçağ.az)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...