Formula-1 pilotları klassik maşınlarla Bakıda
![Formula-1 pilotları klassik maşınlarla Bakıda](https://sfera.az/photo/orginal/2017/06/22/359057.jpg)
16:45 / 22.06.2017
1840
Formula-1 Azərbaycan Qran Prisində iştirak edən "Red Bull Racing" komandasının pilotları Daniel Rikkardo və Maks Verstappen Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi klassik avtomobillərlə Bakıda yürüş ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Report-a Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Pilotlar həm də mərkəzdəki klassik avtomobil sərgisində fanatları, media nümayəndələri ilə görüşüblər.
Onlar klassik avtomobillərlə və fanatları ilə fotosessiya çəkdiriblər.
Sfera.az