Azərbaycanlı milyarder neftin ucuzlaşma sirrini açıb
17:25 / 21.06.2017
844
Neft qiymətində eniş bazardakı spekulyasiyalarla bağlıdır.
Bunu jurnalistlərə açıqlamasında "Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov söyləyib.
"Neft ehtiyatları OPEK-in göstəricilərinə görə, 760 milyon barreldən 640 milyon barrelə qədər azalıb. Bu gün neftin qiymətinin aşağı düşməsi bazardakı spekulyasiyaların nəticəsidir” – deyə o bildirib.
Qeyd edək ki, dünya bazarlarında neftin qiymətinin enişi davam edir. Hazırda "Brent” markalı neftin 1 barreli 45,95 dollara satılır.
Sfera.az