AFFA başsağlığı verdi
13:18 / 17.06.2017
2363
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) qurumun ilk prezidenti Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Başsağlığı mətni milli assosiasiyanın rəsmi saytında yerləşdirilib.
Mətndə deyilir: "AFFA rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Fuad Musayev 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub. O, ötən gün Rusiyanın paytaxtı Moskvada 79 yaşında ikən vəfat edib. (report)
Sfera.az