Biləsuvarda dəhşətli yanğın: Uşaq ölüb
Hadisə
12:21 / 17.06.2017
1259
Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Sfera.az