Los-Ancelesdə mülkləri olan məşhurlar - SİYAHI

Los-Ancelesdə mülkləri olan məşhurlar - SİYAHI

ABŞ-nin Kaliforniya ştatında son illərin ən böyük yanğın hadisəsi baş verir. Los-Ancelesdə güclü küləyin təsiri ilə yayılan meşə yanğını nəticəsində həyatını itirənlərin sayı10-a yüksəlib.

 

Sfera.az xəbər verir ki, fövqəladə vəziyyət elan edilən, məktəblərin bağlandığı, on minlərlə yaşayış məntəqəsinin işıqsız qaldığı bölgədə 130 min insan üçün təxliyə əmri verilib. Prezident Co Baydenin İtaliyanın paytaxtı Romaya səfəri də 52 ilə 57 milyard dollar arasında iqtisadi itkiyə səbəb olacağı təxmin edilən yanğın səbəbindən ləğv edilib.

 

Bir çox ev və iş yerini külə çevirən yanğın Hollivuda da sirayət edib. Şəhərin dəbdəbəli məhəllələrində Paris Hilton kimi dünyaca məşhur adların mülkləri bir-bir külə dönüb. Türklərin çox olduğu Los-Ancelesdə Türkiyənin qabaqcıl iş adamlarının və sənətçilərinin evləri də yanğının qurbanı olub. 

 

Los-Ancelesdə mülkləri olan məşhurları təqdim edirik:

 

Kenan İmirzalıoğlu

 

Məşhur ad 2015-ci ildə həyat yoldaşı Sinem Kobal ilə Los-Ancelesdə ev alıb. Bildirilir ki, cütlük işlərinin çoxluğu səbəbindən evə tez-tez baş çəkə bilməyib və dostlarına verib. 

 

Ali Koç

 

Fənərbaxça İdman Klubunun prezidenti və Koç Holdinq İdarə Heyətinin üzvü Ali Koç 2020-ci ilin noyabr ayında 14,5 milyon dollar ödəyərək şəhərin ən gözəl yerində super lüks malikanə alıb.

 

Çağatay Ulusoy

 

2020-ci ildə Los-Ancelesdə restoran açan Ulusoy həmin bölgədən ev də aldığı məlum olub.

 

Serenay Sarıkaya

 

Serenay Sarıkaya 2018-ci ildə sevgilisi Kerem Bürsinlə birlikdə olarkən Los-Ancelesdə 3 mənzil alıb. Gözəl aktrisa sözügedən mənzil üçün 500 min dollardan çox pul ödəyib.

 

Tolgahan Sayışman

 

Tolgahan Sayışman 2015-ci ildə Los-Anceles Hermosa Beach-də ev alıb. Məşhur aktyor dövrün məzənnəsinə uyğun olaraq evə 430 min dollar ödəyib.

 

Kenan Doğulu-Beren Saat

 

2014-cü ildə ailə quran Beren Saat - Kenan Doğulu cütlüyü 2018-ci ildə 1 milyon 200 min dollar ödəyərək Los-Ancelesdə ev alıb.

 

2016-cı ildə ailəsi ilə birlikdə Los-Ancelesə köçən "Fənərbaxça"nın əfsanəvi prezidenti Ali Şenin oğlu Adnan Şen qardaşı Metin Şen ilə birlikdə qısa zamanda şəhərin ən böyük podratçılardan birinə çevrilib.


OXŞAR XƏBƏRLƏR

1 həftə sonra bu bürclər pul yağışına tutulacaq - ŞANSLI DÖRDLÜK

Şanslı bürclər hər ay planetlərin və ulduzların hərəkətinə bağlı olaraq dəyişə bilər.   Sfera.az fevral ayının şanslı bürclərini təqdim edir: &nbs...

Konya şəhərində yaşayış binasının uçması səbəbilə 4 nəfər saxlanılıb

Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber&rdq...

Şəmkirdə ağır qəza - 5 nəfər ölüb + YENİLƏNDİ

  Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. Sfera.az bildirir ki, bu barədə "Report&quo...

Azərbaycan-Ermənistan məsələsi Vaşinqtonla bu səbəblə müzakirə olunur- Politoloqdan AÇIQLAMA

Ötən gün ABŞ Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Telefon danı...

“Mançester Yunayted” futbolçusunu itirdi

İngiltərə təmsilçisi “Mançester Yunayted”in tarixində ən gənc oyunçu hesab olunan Devid Qaskell 84 yaşında vəfat edib.   Sfera.az xəbər v...

Bu rayonlara qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində hava şə...