Türkiyədən Rusiyaya cavab zərbəsi
Dünya
03:34 / 04.02.2016
2960
Türkiyə rusiyalı jurnalistlər üçün viza tətbiqinə başlayır. Anspress-in
məlumatına görə, bu barədə qanun fevralın 15-dən qüvvəyə minir.
Həmin gündən Türkiyə qarşılıqlı əsasda ölkəyə qısamüddətli səfərə
gələn rusiyalı jurnalistlər üçün viza rejiminin tətbiqinə başlayır. Daimi
işləyən müxbirlər üçün ölkəyə giriş qaydası dəyişməyib. Bu barədə
Türkiyənin Rusiyadakı səfirliyindən xəbər verilib. Səfirlik həmçinin
qeyd edib ki, türkiyəli jurnalistlər Rusiyada işləmək üçün fevralın 15-dən
viza almalıdırlar.
Bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov açıqlama verib. Lavrovun
sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır.
“Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi
dayandırmağa qərar verib”, - deyə xarici işlər naziri bildirib. Rusiya ilə
Türkiyə arasında 2010-cu ildə imzalanan sazişlə qarşılıqlı olaraq viza rejimi ləğv edilmişdi.
Noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiyaya məxsus “Su-24” qırıcısını
Türkiyənin “F-16” qırıcısının raketlə vurması iki dövlət arasında vəziyəti gərginləşdirib.
Rusiya Müdafiə Nazirliyi bombardmançının uçuş sxemini yayaraq onların sərhədi
pozmadığını qeyd edir.
Öz novbəsində Türkiyə tərəfi də ruslara xəbərdarlıq olunduğunu və onların sərhədi
pozmaqda davam etdiyini bildirib. Rusiya lideri bu hərəkətə görə, Türkiyə prezidentindən
üzr istəməyi tələb etsə də Ərdoğan bildirib ki, onun ölkəsi sərhədi pozan vurulmuş təyyarəyə görə üzr istəməyəcək.