"Ölkədə fəaliyyət göstərən bankların çoxusu oliqarxların pul kisəsi kimidir" - Ekspert şərhi

Bakıda "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyyələr” mövzusunda keçirilən konfransda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, Azərbaycan manatının 2015-ci ildə ikili devalvasiyası ötən il bank sektorunda qeyri-işlək kreditlərin həcminin artması, banklardan əmanətlərin çıxarılması ilə nəticələnib. Onun sözllərinə görə, vəziyyəti düzəltmək üçün Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər görülüb, kapitalla bağlı problemi olan banklar sistemdən kənarlaşdırılıb, banklardakı əmanətlər 100% sığortalanıb:

"Hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir. Paralel olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması davam etdirilir, onun xarici öhdəlikləri restrukturizasiya edilir. Banklarda kredit portfelinin keyfiyyəti stabilləşib”

Məsələni Sfera.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bank sistemində vəziyyət çox gərgindir.
 


Ekspertin sözlərinə görə, həm Beynəlxalq Bankla bağlı neqativ proseslər, həm də problemli kreditlərin ciddi artım göstərməsi, bankları az qala iflic vəziyyətə salıb - nə yeni kreditləşmə xəttləri aça bilirlər, nə də köhnə kreditləri yığa bilirlər:
"Bankların bağlanması və ya birləşdirməsi qaçılmazdır, bu proses ilin sonuna qədər davam edəcək. Amma bankların sağlamlaşdırılması tək başlanmaqla, birləşməklə həll olunmayacaq, əsas məsələ bankların aktiv kreditləşməyə başlamasıdır ki, həm özləri pul qazansınlar, həm də iqtisadi aktivlik artsın. İndiki yüksək kredit faizləri ilə də bu mümkünsüz görünür".
 


Akif Nəsirli qeyd edib ki, Azərbaycan hökuməti ölkədə iqtisadiyyatın kiçildilməsi kursunu götürüb:
"Ümumiyyətlə, bank sistemlərinin özündə də ciddi problemlər var. Bir tərəfdən iqtisadiyyatın kiçildilməsi, bir tərəfdən də bank sisteminin sağlamlaşdırılması məsələsi ortaya qoyulub və proses davam edir. Bu da o zaman normal vəziyyətə düşəcək ki, Azərbaycanda hardasa 15-20 bank qalacaq. Beş bankın əvəzinə bir bank işləyəcək. Ölkədə indiyə qədər fəaliyyət göstərən baklar oliqarxların pul kisəsi kimidir. Çünki həmin bankların həm vəsaitləri, həm də qanuna uyğun olaraq nizamnamələri azdır.Ölkədə bankların təməlküzləşməsi gedir.  Bu proses də bir neçə il davam edə bilər". 

Gülnarə Eynullaqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İxracdan əldə olunan daha 139 milyon manat ÖLKƏYƏ QAYTARILDI - RƏSMİ

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan daha 139 milyon manat pul vəsaitlərinin ölkəyə qaytarılması təmin edilib.   Bu barədə Sfera.az...

Bu il şam ağacı və bəzəkləri neçəyə başa gələcək? - MƏBLƏĞLƏR

Bakıda Yeni il bayramı yaxınlaşdıqca, şəhər sakinləri və qonaqlar şam ağacı, bəzəklər və işıqların qiymətləri ilə maraqlanırlar. Bu il də mağazalar və onlayn pl...

Türkiyə Suriyanın neft-qaz bazarına girir - İki ölkənin sistemləri birləşdiriləcək

Türkiyə Suriyada neft və təbii qaz hasilatının artırılmasına, ixracın genişləndirilməsinə kömək etmək istədiyini bildirib.   Sfera.az “Bloomber...

Gələn ilin büdcəsi rekord səviyyəyə çatacaq - Müqayisə

2025-ci ildə Azərbaycanın müstəqillik tarixinin ən böyük ikinci dövlət büdcəsi icra ediləcək. Gələn ilin büdcənin gəlirləri 38 milyard 356 milyon manat, xərclər...

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsi son oxunuşda təsdiqləndi

Milli Məclis diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətlərinin müəyyənləşməsi məsələsini üçüncü oxunuşda təsdiqləyib.   Sfera.az ...

“Azərbaycan Çeçenistandan heç bir yardımı qəbul etməyəcək!” - PA

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəs...