Fətullayevin erməni müxbirindən digər satqın erməniyə cavab

Fətullayevin erməni müxbirindən digər satqın erməniyə cavab

Mayın 27-də gecə hazırda Ukraynada olan Vaan Martirosyan video-müraciət yayaraq, peşman olduğunu bildirib, erməni xalqından üzr istəyib və Azərbaycan əleyhinə ağır ifadələr işlədib.

Sfera.az xəbər verir ki, iki il əvvəl Azərbaycana sığınan və haqqin.az saytında çalışan Martirosyanın bu əməlini sözügedən sayt erməni xüsusi xidmət orqanlarının təsiri ilə yayılan video-müraciət adlandırıb.

Daha sonra isə hazırda erməni xüsusi xidmət orqanları və bloggerləri tərəfindən aktiv şəkildə paylaşıldığı bildirilən bu video-müraciətə "Sülh Platforması”nın üzvü, hazırda haqqin.az-da çalışan Süzan Ciqanyanın cavabı dərc edilib.

Sözügedən cavabı təqdim edirik:

"Vaan Martirosyan - "Ermənistan-Azərbaycan Sülh Platforması” iştirakçılarından biri uğurlu işlərdən altı ay sonra gözlənilmədən öz mövqeyini dəyişdi və bildirdi ki, o, səhvə yol verib.

O "öz peşmanlığını” və müraciətini erməni xalqına etdiyini deyir, əslində isə o, Ermənistan hakimiyyətini müraciət edib. Və guya Azərbaycanın "aqressiv siyasəti”ni ifşa etmək qərarına gəlib.

Bu fərdin axmaqlığı məsələsi mübahisə predmeti deyil. Çünki onun məhdud ağıl imkanlarına sahib olduğu təkcə İrəvanda yox, həm də Bakıda hər kəsə məlumdur. Amma o təkcə səfeh deyil, həm də özündən müştəbeh səfehdir.

Eyni zamanda, ağıllı politoloq, peşəkar publisist, görkəmli natiq rolunu oynamağa iddialı adam olsa da, o, "analitik" siyasətdən tamamilə heç nə anlamır. O ki jurnalistikaya, Martirosyan iki sözü ardarda düzüb cümlə qura bilmir.

Uzun müddət mən özüm onun "analitik yazıları”nda çoxsaylı orfoqrafik və məzmun səhvləri düzəltmişəm.

İki il Azərbaycanda haqq etmədiyi firavan gəzintilərdən sonra birdən yadına düşdü ki, o, öz sözləri ilə desək, "ermənidir, anladı ki, axmaqdır və erməni xalqından peşmanlıq müraciəti etmək qərarına gəldi”.

Onun özünü "axmaq” adlandırması ilə tamamilə razıyam, baxmayaraq ki, gəvəzəliyinə qiymət verməyə ehtiyac görmürəm: Martirosyan kritik durumda olarkən yardım üçün yalvarışlarına cavab verən və ona kömək əli uzadan insanları indi şantaj edir. Axı Sərkisyandan canını qurtaran martirosyan Azərbaycanın kölgəsinə sığınıb, Azərbaycan xalqının çörəyini yedi. Onun oğlu Azərbaycanda doğuldu və oğluna azərbaycanlı adı – Emin qoydu.

İndi bu "peşman olmuş axmaq” özünü nə hesab edir? Bəlkə elə bilir ki, 18 yaşlı cavan oğlandır və nə etdiyi haqda heç bir təsəvvürü yoxdur?

Yox, söhbət yetkinlik yaşına çatmış, iki uşaq atası olan yekə kişidən gedir.

Onu tanıyan insanlar yaxşı bilirlər ki, hazırkı "peşmanlığı” nəyə xidmət edir. Onun bütün hərəkətlərinin və sözlərinin arxasında maddi maraq durur.

Özünü hamıdan ağıllı sayan bu avantürist özünü gah müxalifətçi, gah həqiqət carçısı, gah da fərqli mövqeyinə görə təzyiqlərə məruz qalan azad düşüncə tərəfdarı kimi qələmə verir. Lakin onun "ürəkağrıdan" deklarasiyaları işə yaramayanda o öz boş, mənasız və prinsipsiz həyatını tox və təminatla yaşamaq üçün yeni sponsorlar axtarışında öz düşüncə tərzini dəyişir.

Bu bədbəxt adam yeni sponsorlar və dəstəklər tapa bilmək üçün kardinal şəkildə öz mövqeyini dəyişir.

Xatırladaq ki, hələ yarım il öncə bu boşboğaz "azadlıq carçısı" bəyan edirdi ki, Dağlıq Qaarabağ münaqişəsi erməni hökumətinin hakimiyyətdə qalması və erməni xalqını talan etməsi üçün yeganə vasitədir. Sual olunur: Altı ay ərzində nə dəyişdi? Heç nə. Sadəcə olaraq bu fərd daha artığına layiq olduğu qərarına gəldi. O səmimi-qəlbdən inanırdı ki, boşboğazlığı hesabını Azərbaycan dövləti onun əyyaş, mənasız həyatını sürə bilməsi üçün ömrünün axırınacan onu maddiyyatla təmin edəcək.

Amma alınmadı - rəsmi Bakı onun kim olduğunu tez bir zamanda müəyyən edə bildi. Və Martirosyan hiss edəndə ki, ayağı yerdən üzülür, yaxşılıq və insaniyyət gördüyü insanları şantaj etməyə başladı.

Odur ki, bu gün onun cəfəng sözlərinə dəyər vermək məsləhət deyil. Onun yeni mövqeyini dəyərləndirmək və bu mövqeyə şərh vermək belə lazım deyil. Çünki axmaqla mübahisə edərkən özün də ağlını itirmək təhlükəsi ilə üzləşirsən.

İncildə apostol Yakov bu haqda deyib:

"Fikirləri haçalanan insanın heç bir yolda mətnliyi olmaz".

 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmi...

Xarici media subyektləri ilə bağlı tələblər təsdiq edildi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...