Kaliforniyada Respublika Günü ilə bağlı qətnamə qəbul edilib

Kaliforniyada Respublika Günü ilə bağlı qətnamə qəbul edilib

ABŞ-ın Kaliforniya Ştat Senatının üzvü, senator Cef Ston və Ştat Assambleyasının deputatı Roki Çavez tərəfindən Azərbaycanın Respublika gününə dair qətnamə qəbul edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, qanunvericilərin birgə imzasıyla qəbul edilmiş və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bu sənəddə Azərbaycanın 1918-ci ilin 28 may tarixində İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurduğu vurğulanır.

Qətnamədə qeyd olunur ki, həmin illərdə Azərbaycanın dövlət müstəqilliyi qısa dövrü əhatə etsə də, gender bərabərliyi, qadın və kişilərə bərabər seçki hüquqlarının verilməsi, eləcə də dini və milli azadlıqlar sahəsində böyük nailiyyətlər əldə olunub.

Sənəddə həmçinin, Bolşevik işğalı nəticəsində 1920-ci ildə Azərbaycanın dövlət müstəqilliyinə son verildiyi vurğulanaraq, 1991-ci ildə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyi ifadə olunur. Bildirilir ki, Azərbaycan keçən 26 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirərək, böyük önəm kəsb edən Xəzər regionunda ABŞ-ın etibarlı müttəfiqinə və strateji tərəfdaşına çevrilə bilib.

Vurğulanır ki, 99 ildən bəri hər il dünyanın müxtəlif ölkələrində milyonlarla, eləcə də ABŞ-da yaşayan on minlərlə azərbaycanlı 28 may tarixini qeyd edir, öz əcdadlarının vaxtı ilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasındakı töhfələrini yad edirlər.

Sənədin sonunda hər iki qanunverici – senator C.Ston və Assambleya üzvü R.Çavez Kaliforniya ştatında yaşayan azərbaycanlıların bu ştatın ictimai zənginliyinə, mədəniyyətlərarası harmoniyasına, eləcə də əmin-amanlıq və rifahına verdiyi töhfələri yüksək qiymətləndirdiklərini bildirərək, 28 may 2017-ci il tarixini Azərbaycan Milli Günü kimi tanıdıqlarını bəyan edirlər. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...