Zaxarova Mehriban Əliyeva haqda möhtəşəm sözlər söylədi

Zaxarova Mehriban Əliyeva haqda möhtəşəm sözlər söylədi

Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti böyük hörmət və heyranlıq yaradır.

Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Rusiyadakı səfirliyində təşkil edilən Respublika Günü ilə bağlı mərasimdə "Vestnik Kavkaza” saytına açıqlamasında deyib.

"Bir müddət öncə Bakıda olarkən şəhərin müasir görünüşünə heyran oldum. Bakı necə böyük sevgi və zəhmətlə qurulub! Hər şeyi, tarixi görməli yerləri ilə birgə gözəldir!” - o qeyd edib.

Zaxarova bildirib ki, Bakıda səfərdə olarkən bir neçə saat boş vaxtda şəhərin tarixi yerlərinə ekskursiya təşkil edilib: "Muzeyləri, dekarativ-tətbiqi incəsənət sərgilərini görəndə soruşdum ki, siz tarixi, ənənəvi mədəni sərvəti yeni texnologiya ilə necə uğurla uyğunlaşdırmağa nail olmusunuz?! Və mənə dedilər ki, bu işə ən böyük töhfəni birinci xanım Mehriban Əliyeva verib. Bundan sonra mən Mehriban xanımın fəaliyyətini oxumağa, izləməyə başladım – bilmək istəyirdim, o, necə edir ki, fəaliyyətinin nəticəsi belə gözəl alınır. Bu barədə hətta Moskvada Azərbaycan səfirinə də danışdım və soruşdum ki, doğrudanmı belədir? Səfir də bunları təsdiqlədi!”

Mariya Zaxarova deyib ki, bundan sonra bir neçə dəfə Bakıya səfər edib: "Gündən-günə Bakının daha maraqlı, daha gözəl və daha müasir şəhərə çevrildiyini görürdüm. Müşahidə etdim ki, Mehriban xanım Əliyeva bütün bu layihələrə rəhbərlik edir. Demək istəyirəm ki, onun fəaliyyəti böyük hörmət və heyranlıq yaradır”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...