Azərbaycanda bu otel satılır

İqtisadiyyat
14:54 / 25.05.2017
924
Azərbaycanın qədim diyarı olan və turistik baxımından inkişaf edən Şəkidə yerləşən "Qədim Şəki” oteli satışa çıxarılıb.
Otel 3 mərtəbəli, 15 otaq və restorandan ibarətdir. Otel binanın tərkibində yerləşən avtomobil ehtiyat hissələri mağazası ilə birgə satılır.
Bundan başqa, 15 avtomobil üçün təmir boksu da var. Otel Şəki şəhəri Salman Mümtaz 123 ünvanında yerləşir. Obyektin ümumi torpaq sahəsi 50 sotdur.
Otel 1 500 000 manata satışa qoyulub. (səyyah.az)
Sfera.az