II Avropa Oyunlarının tarixi - Açıqlandı

II Avropa Oyunlarının tarixi - Açıqlandı

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının tarixi və proqramı dəqiqləşib.

Bu məsələlərə Avropa Olimpiya Komitəsinin Makedoniyanın paytaxtı Skopyedə baş tutan seminarında aydınlıq gəlib.

İyunun 21-də start veriləcək yarış 30-da başa çatacaq. Açılış və bağlanış mərasimləri Minskin "Dinamo” stadionunda keçiriləcək. Bəzi növlər üzrə yarışların rəsmi açılışdan 1 gün əvvəl, iyunun 20-də başlamasının mümkünlüyünə icazə verilib.

II Avropa Oyunlarının proqramına 16 idman növü daxil edilib. Bunlardan 11-i Tokio Yay Olimpiya Oyunlarına lisenziya və ya lisenziya xalları vermək baxımından əhəmiyyətli olacaq. Yalnız 5 növ – gimnastika, güləş, sambo, basketbolun 3X3 növü və çimərlik futbolu bu mənada fərqlənəcək. Son 3 növ Olimpiya proqramına daxil deyil.

Yarışların keçirilmə məkanları da dəqiqləşib. "Dinamo” stadionunda atletika, "Minsk Arena”da idman və bədii gimnastika, akrobatika və batutdan tullanma növləri üzrə yarışlar olacaq. Velosipedçilərin şosse mübarizəsi Minskin küçələrində, trek turniri isə "Minsk-Arena”da baş tutacaq. Bu idman qurğusu həmçinin badmintonçuların qüvvəsini sınaması üçün meydan olacaq. Basketbolun 3X3 növü üzrə yarış "Palova-Arena”da təşkil ediləcək. Boksçular "Uruçye” İdman Sarayında, güləş və samboçular "Çijovka-Arena”da güclərini yoxlayacaqlar. Çimərlik yarışları – futbol və voleybolu Olimpiya Kompleksində, karate və cüdo İdman Sarayında, atıcılıq "Sportinq Klub”da, avarçəkmə Zaslavldakı kanalda, stolüstü tennis "Falkon Klub”da olacaq. Kamandan oxatanlar isə "Minsk” klubunun futbol meydançasında mübarizə aparacaqlar.

Bakı-2015-lə müqayisədə aerobika, voleybol, su idman növləri (su polosu, üzgüçülük, sualtı üzgüçülük, sinxron üzgüçülük, suyatullanma), triatlon, qılıncoynatma, taekvondo və dağ velosipedi növləri üzrə yarışlar olmayacaq.

İdmançılar Tələbələr Kəndində məskunlaşacaqlar. Oyunlara 4000 idmançı və 2000 rəsmi şəxsin qatılacağı gözlənilir. Yarışın devizi "Bright You” (Parlaq Sən) olacaq. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...

Polis tərəfindən güllələnmək üçün insanları girov götürdü

Almaniyada məhkəmədə qəribə iş üzrə proses gedir. Belə ki, məhkəmə bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onu güllələsin deyə qəsdən 6 nəfəri g...

Rihanna Nyu York Moda Həftəsində belə görüdü - FOTO

Barbados əsilli müğənni Rihanna həftəsonu Nyu-York Moda Həftəsində iştirak edərkən dəbli görünüş nümayiş etdirib. Sfera.az bildirir ki, Rihanna bu yaxınlar...