Milli Məclisin yaz sessiyasının son iclasının gündəliyi müəyyənləşdi

Milli Məclisin yaz sessiyasının son iclasının gündəliyi müəyyənləşdi

 

Azərbaycan Milli Məclisin mayın 31-də təyin olunmuş yaz sessiyasında son iclasının gündəliyi müəyyənləşib.

 

İclasın gündəliyinə 41 məsələ daxildir. Bunlar Azərbaycanın "2016-cı il üzrə dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin ratifikasiyası, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında”, "Diplomatik xidmət haqqında”, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, "Haqsız rəqabət haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında” və digər bir sıra qanunlara, o cümlədən Vergi, Torpaq, Əmək məcəllələrinə dəyişikliklər, "İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsidir.


Qeyd edək ki, Milli Məclisin may ayının 23-ə və 30-a təyin olunmuş plenar iclasları sonradan birləşdirilərək mayın 31-ə təyin olunub. 

 

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...