İslamiada: Azərbaycan suya tullananı gümüş medal qazanıb

İslamiada: Azərbaycan suya tullananı gümüş medal qazanıb
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən suyatullanan Artyom Danilov gümüş medal qazanıb. "Report"un məlumatına görə, 19 yaşlı idmançı 10 metrlik platformadan tullanmada 6 cəhdin yekununda 308,70 xal toplayıb.
Qızıl medala 320,95 xalla türkiyəli Kıvanc Gur, bürünc medala isə 303,65 xalla iranlı Şahnam Nazarpur layiq görülüb.
Qeyd edək ki, bu, Artyom Danilovun ikinci medalı olub. O, Dmitri Sorokinlə birgə 3 metrlik tramplindən sinxron tullanmada bürünc medala sahib çıxıb.  
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR