Qarabağ müharibəsini çəkən fotoqraf vəfat etdi

Qarabağ müharibəsini çəkən fotoqraf vəfat etdi

Dağlıq Qarabağ münaqişəsini çəkmiş məşhur amerikalı fotoqraf Stenli Qrin 68 yaşında Parisdə vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.


Qeyd edək ki, Senli Qrin xüsusilə münaqişə zonalarına aid fotoları ilə məşhurdur.

O, Berlin divarının yıxılmasını lentə alıb. Eyni zamanda Cənubi Sudan, Hindistan, Ruanda, Zairdə olub, Dağlıq Qarabağ, İraq, Əfqanıstan, Kəşmir və Livanda münaqişələri tarixin yaddaşına köçürüb. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR