Futbolçularımız finala yüksəldi
İdman
14:46 / 18.05.2017
1773
Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv yarımfinalda Əlcəzair yığmasını 2:0 hesabı ilə məğlub edib. "Dalğa Arena"da baş tutmuş matçda Ruslan Abışovla Məqsəd İsayev fərqləniblər. Bu qələbə sayəsində Azərbaycan millisi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Azərbaycan yığmasının finaldakı rəqibi saat 18:30-da start götürəcək Kamerun - Oman matçının qalibi olacaq. Həlledici matç isə mayın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq. (report)
Sfera.az