Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məılumata görə, səfər zamanı nümayəndə heyəti Prezident, spikerlər, iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Avropa Parlamentinin 8 üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsi nəzərdən keçirəcək.

D. MakAllister səfərqabağı bildirib ki, həmkarları və o, Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfəri səbirsizliklə gözləyir: ” Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, Şərq Tərəfdaşlığı siyasətimizin əsas tərəf müqabilidir. Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız var. Xüsusilə demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq”.

D. MakAllisterdən başqa, AP nümayəndə heyətinə yeddi parlament üzvü daxildir – László Tokes (EPP, HU), xanım Željana Zovko (EPP, HR), Andrejs Mamikins (S&D, LV), Angel Dzhambazki (ECR, BG), Ivo Vajgl (ALDE, SL), Helmut Scholz (GUE/NGL, DE) və parlamentlərarası nümayəndə heyətini təmsil edən, xamım Heidi Hautala (Greens, FI).

Nümayəndə heyəti mayın 22-də Azərbaycana səfər edib, hakimiyyət dairələri, o cümlədən prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməyi planlaşdırır.

Avropa Parlamentinin üzvləri mayın 23-də Gürcüstana, mayın 25-də isə Ermənistana səfər edəcək.

Məlumatda o da bildirilir ki, hazırda Aİ yeni sazişlər vasitəsilə Ermənistan və Azərbaycanla öz münasibətlərini yenidən formalaşdırır ki, Ermənistanla aparılan danışıqlar yeni başa çatıb, Azərbaycanla isə yeni başlayıb.

Parlament üzvlərinin səfəri zamanı əldə edilən məlumatlar Avropa Parlamentinin hesabatında və bu sazişlərə dair bu ilin sonunda hazırlanacaq tövsiyələrdə istifadə olunacaq. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...