Bakı-2017: Azərbaycan 50-ci qızıl medalını qazandı – YENİLƏNİB

Bakı-2017: Azərbaycan 50-ci qızıl medalını qazandı – YENİLƏNİB

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilərin taekvando yarışlarında +87 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev qızıl medal əldə edib.


Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, Olimpiya çempionumuz finalda Özbəkistan təmsilçisi Dmitri Şokina qalib gələrək Azərbaycana İslamiadada 50-ci qızıl medalı qazandırıb.


20:16


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz qızıl medal qazanıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələdə İran idmançısı Seyid Hüseyn ilə üz-üzə gəlib.


A.Tağıyev rəqibinə 8:7 hesabı ilə qalib gəlib.


19:16


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 45-ci qızıl medalını qazanıb.

Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, taekvandoçumuz Patimat Abakarova (49 kq) finalda qazaxıstanlı Aynur Yesbergenova ilə qarşılaşıb.


Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 14:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Sfera.az



OXŞAR XƏBƏRLƏR

“Paşinyan Zelenskinin taleyini yaşaya bilər” - ŞƏRH

Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib. O, bu məsələdə Qərbi və Ermə...

Sumqaytda 19 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

Sumqaytda 19 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb.   Sfera.az xəbər verir ki, Sumqayıt şəhər sakinləri, 2002-ci il təvəllüdlü Məmmədov Elşən Elman...

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər - VİDEO

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər.   Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. &nb...

"Qəbələ"nin baş məşqçisi istefa verdi

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.   Sfera.az xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefası...

Bazar gününə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeo...

“Mən yeyəcəkdim, sən ac qalacaqdın?” - Polkovniklə işçisi yeyintini bölə bilməyiblər + FOTO

Müdafiə Nazirliyində 143 milyonluq korrupsiya cinayəti ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.   Sfera.az “Qafqazinfo”ya istinadən x...