Ayxan Tağızadə Azərbaycana daha bir QIZIL qazandırdı - YENİLƏNİB
İdman
19:25 / 17.05.2017
1820
19:25
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz qızıl medal qazanıb.
Trend-in məlumatına görə, Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələdə İran idmançısı Seyid Hüseyn ilə üz-üzə gəlib.
A.Tağıyev rəqibinə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb - 8:7.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
----------
18:22
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvandoçumuz finala yüksəlib.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) yarımfinalda İran təmsilçisi Şalmei Sudabe Poursadiqi ilə qarşılaşıb.
İdmançımız rəqibindən üstün döyüş nümayiş etdirərək final mərhələsinə yüksəlib - 15:4.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
---------
11:16
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha üç taekvandoçumuz yarımfinal mərhələsinə yüksəlib.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, qadınların mübarizəsində idmançımız Fəridə Əzizova (67 kq) 1/4 finalda iranlı Parisa Cavadikouçaksaraellə görüşüb.
F.Əzizova rəqibindən üstün olub - 10:4.
Digər qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Caberə qalib gələrək yarımdinala vəsiqə qazanıb - 19:7.
Kişilərin yarışında isə 80 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Milad Beigi Harçeqani 1/4 finalda Səudiyyə Ərəbistanı idmançısı Maced Almabrukla qarşılaşıb.
Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz yarımfinala yüksəlib - 21:2.
Xatırladaq ki, bundan əvvəl 68 kq çəki dərəcəsində çıxış edən idmançımız Ayxan Tağızadə da yarımfinaldadır.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.