Azərbaycan güləşçisi bürünc medal qazandı - YENİLƏNİB

Azərbaycan güləşçisi bürünc medal qazandı - YENİLƏNİB

18:38

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, 3-cü yer uğrunda mübarizədə idmançımızın rəqibi İordaniya təmsilçisi Alqade Mostafa Sultan Rayek olub.

Güləşçimiz rəqibini 8:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

----------

12:38

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında güləşçilərin mübarizəsi davam edir.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, yarımfinalda məğlub olan güləşçimiz Rəsul Çunayev (71 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Onun rəqibi Türkiyə idmançısı İlker Sönmez olacaq.

Digər təmsilçimiz Murad Məmmədov da bürünc medal uğrunda iordaniyalı Mustafa Alqade ilə döyüşəcək.

Finala yüksələn Rafiq Hüseynov və Orxan Nuriyev isə müvafiq olaraq İran idmançısı Yusif Qaderian və qırğızıstanlı Uzur Juzupbekovla qarşılaşacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...