Millət vəkili: "ÜAK-ın ləğv olunması Rusiyanın ən böyük səhvidir"

Millət vəkili:
"ÜAK-ın ləğv olunması Rusiyanın ən böyük səhvidir. Təbii ki, Azərbaycan-Rusiya münasibətlərinə də ziyan vuran bir addımdır"

Bunu Sfera.az-a ÜAK-ın ləğv olunmasına münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib.

Millət vəkilinin sözlərinə görə, bu hüquqi deyil, siyasi addımdır:
"Baş vermiş məsələ də anti-Azərbaycan qüvvələrinin təsiri olduğuna görə, Rusiya Ali Məhkəməsi belə bir qərar çıxarıb. Bu addım yalnız və yalnız Azərbaycana təzyiq vasitəsidir. İnanırıq ki, Apellyasiya məhkəməsində bu məsələ öz həllini tapacaq".
 


Millət vəkili Asim Mollazadə qeyd edib ki, bu qeyri-dost və bilavasitə siyasi addım Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirəcək:
"Rusiya Ali Məhkəməsinin verdiyi qərar siyasidir, hüquqi deyil. Çünki dost ölkədə hansısa sənədlər düzgün olmazsa, sənədlərin qaydaya salınması üçün vaxt verilir. Necə ki, illərdir Azərbaycan bunu belə edir. Eyni zamanda bu addım Rusiyanın dini azlıqlara dövlət səviyyəsində vəziyyətin nə yerdə olduğunu göstərir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Rusiyada insan hüquqlarının kobud şəkildə pozulmasına öz münasibətlərini bildirməlidirlər. Rusiya bizim münasibətlərimizi və səmimiyyətimiz bərpa etmək üçün mütləq şəkildə qərarı dəyişdirməlidir. ÜAK bərpa olunmalıdır".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR