İlham Əliyev Azərbaycan idmançılarına medalları təqdim etdi - VİDEO

İlham Əliyev Azərbaycan idmançılarına medalları təqdim etdi - VİDEO

İslam Həmrəyliyi Oyunlarında bü gün də Azərbaycan idmaçıları üçün uğurlu keçib.

 

Sfera.az-ın Xezerxeber.az-a məlumatına görə, kişilərdən ibarət cüdo üzrə yığma komandamız finalda Əlcəzair yığmasını məğlub edərək qızıl medal qazanıb. Millimizin üzvlərinə qızıl medalları prezident İlham Əliyev təqdim edib. Qadınlardan ibarət Azərbaycan millisi isə finala qədər yüksəlsə də, Türkiyə millisinə məğlub olaraq gümüş medal qazanıb. Gimnastlar isə bu gün ümumilikdə 9 medal qazanıblar.

 

Murad Ağarzayev, Talas Bense, Yuliya İnşına qızıl medal, Marina Nekrasova, Yekaterina Tişkova gümüş, Timur Bayramov isə bürünc medal qazanıb. Ağır atletika yarışlarında 69 kiloqram çəki dərəcəsində Anastasiya İbrahimli qızıl medal qazanıb. Çəkisi 63 kq olan qadınlar arasında Elnarə Abbasova bürünc medal əldə edib. Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalını qazanıb. Atıcılıq yarışlarında bu gün növbəti qızıl medalı isə Əli Hüseynli və Aydan Camalova əldə ediblər.

 

Azərbaycan yığmasının atıcısı Nurlana Cəfərova dairəvi stend yarışında gümüş mükafata yiyələnib. Üzgüçülük üzrə Azərbaycan millisi daha bir medal qazanıb. Yarışda çıxış edən Maksim Şemberev ikinci qızıl mükafatını əldə edib. Ümumilikdə bu gün keçirilən yarışlarda Azərbaycanın aktivinə 67 medal yazılıb. Bunlardan 32-si qızıl, 23-ü gümüş, 12-i isə bürünc medaldır. Ölkəmiz medalların sayına görə ikinci yerdədir.

 

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...