Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, mayın 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
ETSN xəbərdarlıq edir ki, mayın 15-i axşamdan 16-sı səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...