Dəhşətli qəzada ölənlərdən 3-ü “Veysəloğlu”nun işçisidir - 6 nəfər ölüb

Dəhşətli qəzada ölənlərdən 3-ü “Veysəloğlu”nun işçisidir - 6 nəfər ölüb
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

***

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub. 

Ölənlərdən 3-ü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, "Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub. 

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

OXŞAR XƏBƏRLƏR