Cəbhədən XƏBƏR VAR

Cəbhədən XƏBƏR VAR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (17 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


OXŞAR XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...

Zakir Həsənovdan Bağerinin ölümü ilə bağlı BAŞSAĞLIĞI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağ...

Əli Əsədovdan Laçın şəhəri ilə bağlı QƏRAR

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb....

Estetik əməliyyatlarına 11 milyon xərcləyibmiş...

Türkiyəli influenser Danla Bilic indiyədək etdirtdiyi estetik əməliyyatların məbləğini açıqlayıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ...

Hikmət Hacıyev Yaroslav Zajiçek ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində ...

Külək əsəcək - Sarı xəbərdarlıq

Azərbaycanın bəzi bölgələrində iyunun 14-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Sfera.az xəbər verir ki, bu barə...