Sərnişin qatarlarının GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr – FOTOLAR

Sərnişin qatarlarının GİZLİ ÜZÜ: intim məkan, həzzin pik həddi və daha nələr – FOTOLAR

Qatarla səyahət etmək, relslərin taqqıltısı altında yuxuya dalmaq, sıraya düzülən, sürətlə keçən təbiət təsvirlərini seyr eləmək insana ayrı bir zövq verir. Amma qatarda da münasib şərait ola... Köhnə, istismar müddətini başa vurmuş, antisanitar, təhlükəli qatarda uzaq yol getməyi kim istər?! O da var ki, istəməklə deyil, hansı ölkənin qatarı ilə səyahət edəcəksənsə, şəraitə qatlanmalı olacaqsan. Bəs görəsən, müxtəlif ölkələrin qatarlarında vəziyyət necədir?

Publika.az bununla bağlı yazını təqdim edir:

Yaponiya

Yaponiya - ən yaxşı yataq-vaqonları ölan ölkə sayılır. Bu baxımdan Avropanı da geridə qoyublar. Səliqəli, rahat, müasir yataqlar sərnişinlərin komfortlu səyahətinə hesablanıb. Bu ölkədə qatarların çoxu ikimərtəbəlidir. Hər kiçik kupe bir-birindən pərdə ilə ayrılır.

Tailand

Tailand – bu ölkənin də qatarları sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Hətta II sinif sərnişin qatarları da zövq almaq üçün əlverişlidir.

Çin

Çin – bu ölkədə ucuz qatarlar o qədər ürəkaçan olmasa da, bir az artıq ödəməklə, uzun səfərlərin həzzini çıxarmaq olar. İstəyənlərə ayrıca, hər bir şəraiti olan kupe də təklif olunur.

Kanada

Kanada – təyyarə şəraiti ilə müqayisədə əlbəttə geri qalır. Amma ən əsası sürət qatarlarında mənzərələrdən həzz almaq, pulsuz verilən peçenye və meyvələrdən dadmaq olar.

Hindistan

Hindistan – həə, bax burada relslər də susur... Bu ölkənin qatarlarında səyahət tam bir işgəncədir. Təbii ki, əcnəbilər üçün. Hindlilər özləri bu durumdan o qədər də narazı deyillər. Həm də səyahət edən əcnəbilər şikayət edirlər ki, burada təkcə antisanitariya deyil, oğurluq, əxlaqsızlıq da baş alıb gedir.

MDB ölkələri

MDB ölkələri – keçmiş sovet ölkələrində vəziyyət düzəlib. Çünki vaxtilə bu ölkələrin də qatarlarında səyahət xoşagəlməz idi. Sovet yazıçılarının əsərlərinə bel bağlasaq, "proletar tanışlıqlar” da az olmurdu. Ən azından, indi rahat, təhlükəsiz səyahət etmək mümkündür. Əlbəttə ki, bir çox postsovet ölkələrinin qatarları elə keçmişdə də qalıb.

 

 


OXŞAR XƏBƏRLƏR

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...