87 yaşlı kişini vuran müğənnini hansı cəza gözləyir? – açıqlama

87 yaşlı kişini vuran müğənnini hansı cəza gözləyir? – açıqlama

Ötən gün səhər saatlarında Sevil və Sevinc bacıları yeni aldıqları avtomobillə qəza törədib. Bacılardan birinin (hansı olduğu açıqlanmır) idarə etdiyi "Dodge Durango” markalı avtomobil İçərişəhərin yaxınlığında, "Qoşa qala qapısı” adlanan ərazidə yolu keçən yaşlı bir kişini vurub. Həkimlər xəstəxanaya yerləşdirilən 87 yaşlı piyadanın vəziyyətinin ağır olduğunu bildirib.

Bəs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən qəza törədən ifaçını hansı cəza gözləyir?

Musavat.com məsələ ilə bağlı hüquqşünas Ruslan Əhmədoğlu ilə əlaqə saxlayıb.

O, bildirib ki, xəsarət alan şəxs yol hərəkəti qaydasını pozarsa, qəza törədən şəxs günahlandırıla bilməz: "Əgər piyada, doğrudan da, piyada keçidindən istifadə etməyibsə, o, 338.1 maddəyə əsasən yol hərəkəti qaydasını pozmuş olur. Bu durumda qəza törədən şəxsi günahlandırmaq olmaz. Hadisə tam araşdırılmalıdır. Məsələn Rusiyada piyada yol hərəkətini pozduğu üçün qəza törədilərsə, sürücü avtomobili saxlamadan yoluna davam edə bilərdi. Çünki günah piyadadır. O piyada keçidindən istifadə etməyib.

Azərbaycanda mental dəyərlərə görə, sürücü saxlayır, piyada qayda pozsa da, ona kömək edir, xəsarət alan şəxsin bütün xərclərini üzərinə götürür. Bacıların hadisəsinə gəldikdə isə hüquq-mühafizə orqanları ekspertiza təyin edəcək. Əgər vətəndaş piyada keçidindən keçməyibsə, qəza vəziyyəti yaradıbsa, sürücünün də saxlamaq imkanı olmayıbsa, onu heç kim günahlandıra bilməz. Bununla yanaşı 87 yaşlı kişinin fiziki sağlamlığı da nəzərə alınmalıdır. Bacıların tanınmış şəxs olması bu məsələni daha da şişirtdi. Bakı şəhərində gündə yüzlərlə belə hadisə olur. Əgər sürücünün günahı yoxsa işə xətam verilir.

Bir çox hüquqşünaslar açıqlama verib ki, qəzanı törədən müğənni 3 il həbs oluna bilər. Buna ancaq hüquq-mühafizə orqanları qərar ver bilər. Bacılar həmin şəxsi qoyub qaçmayıb, hadisə yerində qalıblar, xəsarət alan şəxsi xəstəxanaya çatdırıb. Əgər xəsarət alan şəxs vəfat edərsə, ekspertiza isə bacıların avtomobili saxlaya bildiyi halda qanun pozuntusuna yol verdiyini sübut edərsə, o zaman hadisəni törədənlər 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Bu haqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsində də qeyd olunub: ”Avtomobil və ya digər nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamandan cinayət işinin gedişatında zərərçəkmiş müğənni xanımlara qarşı mülki iddia da qaldıraraq, qəza nəticəsində ona dəymiş maddi ziyan, sağlamlığının bərpası üçün çəkdiyi xərclərin və s. əvəzini istəməlidir”.

Əks halda, sürücünün günahsız olması sübut olunduqda onlara heç bir cinayət işi açıla bilməz”.


OXŞAR XƏBƏRLƏR