“iPhone 17 Pro”nun yeni kamera xüsusiyyətləri açıqlandı


“iPhone 17 Pro”nun yeni kamera xüsusiyyətləri açıqlandı

“Apple” şirkətinin bu payız təqdim edəcəyi gözlənilən “iPhone 17 Pro” modeli ilə bağlı maraqlı detallar ortaya çıxıb. Yeni yayımlanan məlumata görə, cihaz dörd əsas kamera yeniliyi ilə gələcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, əldə olunan məlumatlara əsasən, “Apple” bu dəfə yüksək səviyyəli modellərinin foto və video çəkmə imkanlarını daha da təkmilləşdirməyə fokuslanacaq. Bildirilir ki, “iPhone 17 Pro”da ən böyük yenilik telefoto kamerasında olacaq. Belə ki, mövcud 12 meqapiksellik linza 48 meqapiksellik yeni sensorla əvəz olunacaq. Bu dəyişiklik nəticəsində cihazın hər üç arxa kamerası 48 MP olacaq və istifadəçilərə daha detallı və keyfiyyətli görüntülər təqdim edəcək.

Yeni modelin diqqətçəkən xüsusiyyətlərindən biri də “çoxlu kamera ilə eyni anda video yazmaq” funksiyası olacaq. Bu funksiya, xüsusilə peşəkar məzmun yaradıcıları üçün geniş imkanlar açacaq.
 

Cihazın ön kamerası da yenilənəcək. “Apple”ın məşhur “TrueDepth” selfie kamerası 12 MP-dən 24 MP-ə yüksəldiləcək. Bu da az işıqlı mühitlərdə belə yüksək keyfiyyətli selfi və görüntülü danışıq imkanı yaradacaq.

Bundan əlavə, dizayn baxımından da dəyişikliklər gözlənilir. Arxa kamera blokunun hazırkı kvadrat formasından imtina edilərək, telefonun eni boyunca uzanan “ada” tipli yeni dizayna keçid ediləcəyi ehtimal olunur.

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...