"Binə" ticarət mərkəzində YANĞIN - YENİLƏNİB

11:22

"Binə" ticarət mərkəzində yanğının qarşısı alınıb.
 
Sfera.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.

--------

11:00

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda "Binə" ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.

Sfera.az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
 
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​


OXŞAR XƏBƏRLƏR