Azərbaycanda da ölüm hökmü bərpa oluna bilər? - AÇIQLAMA

Azərbaycanda da ölüm hökmü bərpa oluna bilər? - AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin aprelin 16-da keçiriləcək referendumdan sonra ölkədə ölüm hökmünün bərpa olunması ilə bağlı məsələyə baxılacağı barədə açıqlama verib.

Qonşu ölkədə ölüm hökmünün bərpasının müzakirəsi Azərbaycanda 1998-ci il fevralın 10-da ləğv edilən ölüm hökmü ilə bağlı məsələni gündəmə gətirib. Ölkəmizdə necə, ölüm hökmü bərpa oluna bilərmi?

Mövzu ilə bağlı metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu ölüm hökmünün bərpasının tərafdarı olduğunu bildirib:

"Bu gün bir sıra ağır cinayətlər törədən şəxslərə ölüm hökmünün şamil edilməsi ədalətli olardı. Həm bu dünya, həm də o biri dünya üçün. Lakin Azərbaycanda ölüm hökmünün bərpa edilməsi ilə bağlı bir şey deyə bilmərəm. Bizim Avropa instututları iləmünasibətimizdə məhz bu maddənin götürülməsi şərt kimi irəli sürülmüşdü. Buna da əməl edildi.

Qeyd edim ki, ölüm hökmünün olması onun icra edilməsi demək deyil. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm. Ölüm hökmünün olması onun bir cəza növü kimi tədbiq ediləcəyi demək deyil. Bu, bir sıra faktlara münasibətdə psixoloji basqıdır. Bu mənada ölüm hökmünün olması əslində müsbət effekt verir”.

Bildirək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib.


OXŞAR XƏBƏRLƏR

İsrail-İran müharibəsinin qalibi…- AÇIQLAMA

İsrail–İran müharibəsi dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrildi. Yalnız regionda deyil, qlobal səviyyədə iqtisadi və siyasi çalxalanma...

Prezident sərəncam İMZALADI

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün F...

Baqrat Qalstanyan həbs edildi - Dövlət çevrilişi etmək istəyirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, müxalif “Vətən uğrunda Ta...

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...