Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi - FOTO

Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi - FOTO

Bakıda polis əməkdaşı sürücünün sürücülük vəsiqəsi ilə yolverilməz şəkildə davranıb.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru qayda pozan sürücünün sürücülük vəsiqəsini deşib. Bu barədə sayta Şahin adlı sürücünün özü məlumat verib. Onun sözlərinə görə, yol polisi əməkdaşı protokol yazdıqdan sonra onun sürücülük vəsiqəsini də alıb və protokolu vəsiqəyə tikib. Nəticədə vəsiqədə bir neçə deşik əmələ gəlib. 

Sonradan öz avtomobili ilə xaricə gedən sürücü korlanmış vəsiqəyə görə problemlə qarşılaşıb. Belə ki, xarici ölkənin yol polisi əməkdaşları deşilmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə edən soydaşımıza bunu irad tutublar.

Qeyd edək ki, keçmiş SSRİ-də sürücülük vəsiqəsinin deşilməsi ənənəsi mövcud olub. O vaxt bir sıra ağır qayda pozuntularına görə sürücülük vəsiqəsi deşilib və vəsiqəsi üç dəfə deşilmiş sürücülər sürücülük hüququndan məhrum ediliblər. SSRİ dağıldıqdan sonra bu ənənə də tarixə çevrilib. İndiki vəsiqələrdə xüsusi "çip" yerləşdirilib. Bu vəsiqələri deşmək həmin sxemlərin zədələnməsinə səbəb ola bilər.

 

Qanunvericilikdə də sürücülük vəsiqəsinin deşilməsi nəzərdə tutulmur.


OXŞAR XƏBƏRLƏR

İsrail-İran müharibəsinin qalibi…- AÇIQLAMA

İsrail–İran müharibəsi dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrildi. Yalnız regionda deyil, qlobal səviyyədə iqtisadi və siyasi çalxalanma...

Prezident sərəncam İMZALADI

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün F...

Baqrat Qalstanyan həbs edildi - Dövlət çevrilişi etmək istəyirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, müxalif “Vətən uğrunda Ta...

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...