"Qubada Soyqırım Məzarlığındakı sümüklər çürüyür"

Quba Memorial Soyqırım Kompleksindəki insan sümükləri çürüməyə başlayıb. 

Sfera.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnistitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev report-a bildirib ki, ərazi yüksək səviyyədə qorunsa da, korroziyyanın qarşısını almaq mümkün deyil. "Bu il aprelin 1-də məzarlığın aşkar edilməsinin 10 ili tamam olacaq. Təbii proseslər nəticəsində çürümə halları arta bilər. Azərbaycan Milli Elmlər Akademiyasında tarixçi alimlərin iştirakı ilə bir neçə dəfə müşavirə keçirilib. Qərara alınıb ki, sümüklərin çürüməməsi üçün ərazi mütləq şüşə örtüklə bağlanılmalıdır. Əks halda çürümə prosesi sürətlənəcək".

Q.Ağayev əlavə edib ki, ərazidə çürümə ilə yanaşı, torpaq sürüşməsi də baş verir: "Nəticədə quyulardan biri yararsız hala düşüb. Bu prossesin qarşısını almaq üçün aidiyyatı təşkilatlar iş görməlidir. 100 illik tarix göz önündə məhv olur".

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə, 2012-2013-cü illərdə ərazidə Memorial Xatirə Kompleksi tikilərək istifadəyə verilib. 


OXŞAR XƏBƏRLƏR

Prezident sərəncam İMZALADI

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün F...

Baqrat Qalstanyan həbs edildi - Dövlət çevrilişi etmək istəyirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, müxalif “Vətən uğrunda Ta...

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...

Viza "düzəldən" şəxs həbs edildi - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları xarici ölkələrə işə düzəltmək və viza almaq vədi ilə aldadan ş...