Dollar almaq və satmaq istəyənlərin DİQQƏTİNƏ! Aprel ayından...

Dollar almaq və satmaq istəyənlərin DİQQƏTİNƏ! Aprel ayından...
Təxminən bir ay öncə dolların məzənnəsinin martın sonlarına yaxın artacağı barədə proqnozlar verilirdi. Amma məzənnədə dəyişiklik çox cüzi artımlarla müşahidə edildi. İndi isə aprel ayında dollara tələbin artacağı ilə bağlı proqnozlar verilir. Dollar aprel ayında yenidən rekord həddə çata bilərmi?

Mövzu ilə bağlı metbuat.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirdi ki, aprel ayının müəyyən həftələri ərzində dolların məzənnəsində kiçik sıçrayışlar baş verə bilər:

"Ölkənin valyuta bazarında vəziyyət sabitləşib. Sonuncu dəfə dolların məzənnəsində rekord səviyyə fevralın 1-də qeydə alınıb - 1,9200 manat. Mart ayı başlayanda şərhlərimdə proqnoz etmişdim ki, dolların məzənnəsində yenə bahalaşma müşahidə edəcəyik, ancaq əvvəlki tempdə qeydə alınmayacaq. Çünki valyuta bazarına təsir göstərən şərtlər artıq dəyişib. Eyni zamanda, bayram ərəfəsində xarici valyutaya tələbin artacağı gözlənilsə də, bir sıra səbəblər üzündən bunun nisbətən az tempdə baş verəcəyi gözlənilirdi. Buna çoxlu sayda turistlərin gəlməsinin də rolu oldu. Odur ki, apreldən dolların yenidən bahalaşacağı gözlənilmir. Düzdür, müəyyən həftələr ərzində kiçik sıçrayışlar baş verə bilər. Ancaq bütövlükdə növbəti ay ərzində manatın mövqeyi heç bir kəskin hücuma məruz qalmayacaq”.

OXŞAR XƏBƏRLƏR

Prezident sərəncam İMZALADI

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün F...

Baqrat Qalstanyan həbs edildi - Dövlət çevrilişi etmək istəyirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, müxalif “Vətən uğrunda Ta...

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...

Viza "düzəldən" şəxs həbs edildi - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları xarici ölkələrə işə düzəltmək və viza almaq vədi ilə aldadan ş...