Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ AÇIQLAMA

Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ AÇIQLAMA

Sumqayıt Dövlət Universiteti tərəfindən martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada dünyasını dəyişən tələbələrin ailələrinə yardım edilib.

Sfera.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə qəzadə həlak olan tələbə Nəsibov İbrahimin valideynləri bildiriblər. Onların sözlərinə görə, övladının dəfnində iştirak edən universitet kollektivi və rektoru onlara 500 manat məbləğində pul vəsaiti verib. Məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili təsdiqləsə də məbləği açıqlamayıb. O bildirib ki, vəsait nəğd şəkildə dəfn günündə dünyasını dəyişən tələbələrin valideynlərinə verilib.
 
Bundan başqa Nəsibov İbrahimin valideynləri Şuşa Rayon İcra Hakimiyyətindən gileyləniblər. Onlar icra başçısı Bayram Səfərovun başsağlığı belə vermədiyini söyləyiblər.
 
Xatırladaq ki, martın 9-da baş verən qəzada "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 6 nəfər ölüb, 16 nəfər isə yaralanıb.


OXŞAR XƏBƏRLƏR

Tramp İranı yalanladı: "Nüvə materiallarını çıxara bilməyiblər"

İran ABŞ-nin zərbələrindən əvvəl nüvə materiallarını çıxara bilməyib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tram...

İsrail-İran müharibəsinin qalibi…- AÇIQLAMA

İsrail–İran müharibəsi dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrildi. Yalnız regionda deyil, qlobal səviyyədə iqtisadi və siyasi çalxalanma...

Prezident sərəncam İMZALADI

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün F...

Baqrat Qalstanyan həbs edildi - Dövlət çevrilişi etmək istəyirmiş

Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, müxalif “Vətən uğrunda Ta...

"100 manata 9 sm boy artımı" vədi: Azərbaycanda yeni dələduzluq? – VİDEO

  "Cəmi 100 manat ver, 9 santimetrə qədər boyunu uzadaq. Aparatla ağrısız və əməliyyatsız boy artımı".   Sfera.az Xəzər TV-yə ...

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...