Məmmədovlar üçün sonun başlanğıcı

Məmmədovlar üçün sonun başlanğıcı

Sabiq nazirin həbs təhlükəsi artır

Son günlər keçmiş nəqliyyat naziri Ziya Məmmədovun həbs olunacağına dair məlumatlar dolaşır. Ziya Məmmədov əməlli-başlı dalana dirənib. Artıq bir vaxtlar onu qoruyan şəxslərdən də tamamilə ümidi kəsilən sabir nazir çıxılmaz duruma gəlib. Əslində etibar etdiyi və onu nazir postundan edən yaxın silahdaşlarından ciddi zərbə aldığını indi soyuq başla anlayır Ziya Məmmədov... Bunun isə heç bir faydası yoxdur. 

Nəqliyyat Nazirliyinin ləğv olunması ilə işsiz qalan Ziya Məmmədov hökumət qarşısında öz etibarını hələ bir neçə il bundan öncə itirmişdi. Nəqliyyat sistemindəki qanunsuzluqlar, nöqsanlar və ardı-arası kəsilməyən qəzalar Ziya Məmmədovun səriştəsiz fəaliyyətinin nəticəsidir. Hələ illər öncə bu səriştəsizliyi ilə "göz oxşayan” sabiq nazir nə vaxtsa postundan kənarlaşacağını ağlının ucundan belə keçirmirdi. 

Çünki onun sadiq dostları, əcnəbi silahdaşları vardı. Müəyyən mənada onlara sığınaraq ölkənin nəqliyyat sistemini tamamilə iflic vəziyyətə saldı. Bütün bunların fonunda artıq etimadını itirən Ziya Məmmədov bir zamanlar öz nüfuzu hesabına qurduğu biznes imperiyasını da qoruya bilmir. Bir zamanlar oğlu Anar Məmmədovla 3-4 ay əvvəl ABŞ-ın prezidenti seçilmiş Donald Trampla iş birliyinin olması sabiq nazir üçün sanki stimul yaratmışdı. Bu birliyi əsas tutan Ziya Məmmədov hətta mediaya açıq və dezinformasiyalı məlumatlar ötürürdü. Bəzi KİV-lərdə Trampla olan hərtərəfli əlaqələrinin olmasını bol-bol tirajlayan sabiq nazir əslində ictimaiyyəti çaşdıracaq məlumatlar yaymaqda məqsəd güdürdü. Amma nəticədə özü və ailəsi çaşbaş qaldı. Bu birliyə arxalanan Məmmədovlar ailəsinin gözləntiləri heç də xoş olmadı. Bir vaxtlar Bakıdakı "Trump Hotel” biznesinin arxasında qeyri-adi və ziddiyyətli partnyorun durduğu haqda informasiyalar yayılırdı. Sonradan məlum oldu ki, bu oteldə Trampın biznes partnyoru sabiq nazirin oğlu 34 yaşlı milyarder, "playboy” Anar Məmmədovdur. İndi Anar Məmmədovun da möhtəşəm biznesi çökməkdədir. İllər boyu banka kredit borcu ilə biznes quran Məmmədovlar ailəsinin sonu yaxınlaşır. 

Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulub. Bu qərar "Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılıb. Əslində qərar bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apellyasiya şikayətindən imtina edib.

Sözügedən proses "Paşa Bank” ASC-nin keçmiş nəqliyyat nazirinin ailəsiylə mülk üstündə yeganə məhkəmə çəkişməsi deyil. Anar Məmmədov və şirkətlərinin zaman-zaman "Paşa Bank”a kredit borcu olub. Görünür, bu dəfəki çöküş Məmmədovlar ailəsinin tam süqutu ilə nəticələnəcək. Maraqlıdır ki, biznes şəbəkəsi qurmaqda oğluna tam olaraq dəstək verən Ziya Məmmədovun indi özünə dəstək verən tapılmır. Ailə biznesini xalqın vəsaiti hesabına quran Məmmədovlar ailəsinin işi Allaha qalıb. İş o yerə çatıb ki, sabiq nəqliyyat naziri oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulmasından xəbərsizdir. 

Nəqliyyat Nazirliyinin ləğv olunmasından sonra işsiz qalan Ziya Məmmədov sahibi olduğu şirkətlərin korrupsiya qalmaqalı ilə hələ uzun müddət gündəmdə qalacaq. Nəqliyyata sahib olmadığı kimi özünün müdafizəsinə də qalxa bilməyəcək. Ya da tamamilə iflasa uğrayıb sığınmaq üçün xaricə üz tutacaq.

Cebhe.info


OXŞAR XƏBƏRLƏR

Böyük Britaniya müharibəyə hazırlaşır - Yeni təhlükə siqnalı var?

Böyük Britaniya ilk dəfə olaraq milli təhlükəsizlik strategiyasında öz ərazisində baş verə biləcək müharibəyə və hərbi münaqişəyə hazırlıq ehtiyacından açıq şək...

Azərbaycan nefti ucuzlaşdı: Nələr gözlənilir?

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 ABŞ dolları, yaxud 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. Ü...

Viza "düzəldən" şəxs həbs edildi - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları xarici ölkələrə işə düzəltmək və viza almaq vədi ilə aldadan ş...

Aktyordan cərraha, bankirdən jurnalistə – Müasir liderlərin peşələri

Müasir dünyanın prezident və liderləri təkcə siyasi kimlikləri ilə deyil, həm də keçmiş peşələri ilə də diqqət çəkir. Çünki onların prezident və ya lider olmamı...

Bayram günlərində hava necə olacaq?

Bayram günlərinin hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə iyunun 26-da Bakıda və Abşero...

Bakı metrosunda yeni təyinat

Bakı Metropoliteni QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bu vəzifəyə qurumun Hərəkət Xidmət...