Bədii gimnastika üzrə "Bahar Kuboku" yarışı keçiriləcək

Bədii gimnastika üzrə

Martın 28-də Sərhədçi İdman Olimpiya Mərkəzində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" İdman Klubunun bədii gimnastika üzrə "Bahar Kuboku" keçiriləcək.

Sfera.az bildirir ki, klubdan Trend-ə verilən məlumata görə, Azərbaycan Gimnastika Federasiyası ilə birgə keçiriləcək yarışda paytaxt və bölgələri təmsil edən klublardan ümumilikdə 160 gimnast bacarığını nümayiş etdirəcək. Kubokda "Gömrükçü" İK ilə yanaşı, "Ocaq Sport" İdman Klubu İctimai Birliyi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi, "Şağan OİK", "Zirə" Mədəniyyət Mərkəzi, "Zabrat İK", Su İdman Sarayı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, "Zirvə International" İdman Klubu, Gəncə, Naftalan Sağlamlıq Mərkəzi, Sumqayıt Olimpiya İdman Kompleksi, Kürdəmir Olimpiya İdman Kompleksinin təmsilçiləri öz çıxışlarını nümayiş etdirəcəklər.

Yarışda 2007-2009-cu illər (balacalar), eləcə də 2010-2011-ci illər təvəllüdlü idmançılar alətsiz, halqa və topla çıxışların cəmində çoxnövçülükdə mübarizə aparacaqlar.

Eyni yaş kateqoriyasına daxil olan bədii gimnastlar, həmçinin xalçanı qrup hərəkətlərinin zərif naxışları ilə bəzəyəcəklər.

Fərdi proqram üzrə yarışlarda isə 2005-2006, 2002-2004-cü illər təvəllüdlü yeniyetmələr və 2001-ci ildən yuxarı təvəllüdlü böyükyaşlı gimnastlar çıxış edəcəklər. Onlar ip, halqa, top, gürz və lentlə hərəkətlər nümayiş etdirəcəklər.

"Bahar Kuboku" yarışı çərçivəsində "Gömrükçü" İdman Klubu tərəfindən qeyd olunan yaş qrupları üzrə komanda hesabında da mükafatlar təqdim ediləcək.

Yarışda "ən gənc gimnast", "ən texnikalı gimnast", "ən əzmkar gimnast" nominasiyaları üzrə qaliblər müəyyənləşəcək.

 

Hər yaş qrupunda "Miss Bahar" adlı kateqoriya üzrə fərqlənmiş gimnastlar diplomlar və hədiyyələrlə təltif olunacaqlar.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən "Ədalət prinsiplərinə sadiq məşqçı", "Ədalət prinsiplərinə sadiq hakim", "Ədalət prinsiplərinə sadiq idmançı" nominasiyasında da xüsusi mükafatlar təqdim olunacaq.

Yarışın açılış mərasimində iştirakçılar tərəfindən maraqlı və rəngarəng çıxış proqramı da nümayiş etdiriləcək. Gimnastika həvəskarlarını aerobika və akrobatika idman növləri üzrə gimnastların ifasında əyləncəli nümunəvi çıxışlar da gözləyir.

Məlumat üçün bildirək ki, yarışın açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva iştirak edəcəklər.

Yarışların başlama vaxtı: 10:00
Açılış mərasimi: 11:30-12:00


OXŞAR XƏBƏRLƏR

Zelenski: "Ukrayna Trampın komandası ilə ünsiyyəti davam etdirəcək"

Ukrayna nazirliklər və Prezident Ofisinin rəhbəri səviyyəsində ABŞ Prezidenti Donald Trampın komandası ilə ünsiyyəti davam etdirəcək.   Sfera.az &quo...

Cümşüd “lyuk”a düşməyib, sən demə...- VİDEO

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə d...

Türkiyədə daş karxanasında uçqun olub, ölən və yaralananlar var

Türkiyənin Ərzurum əyalətinin Oltu rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində, ilkin məlumata görə, bir fəhlə ölüb, ikisi ağır yaralanıb.  ...

Uğurlu diyet növü tapıldı - YENİLİK

Yaponiya alimləri tərəfindən aparılan yeni araşdırma ənənəvi Yapon diyetinin (miso şorbası, düyü, balıq və fermentləşdirilmiş qidalar) depressiya riskini əhəmiy...

Öldü deyilirdi, xalq arasında göründü - FOTO

İran mətbuatı ölkənin Ali dini liderinin müşaviri Əli Şamxaninin fotoşəkilini yayıb.   Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, o həmin...

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib.   Sfera.az bildirir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndə...