Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyada öldürülən azərbaycanlıların qardaşı danışdı: "Onlar bəhanə edir..."

Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın zamanı yaxın qohumları öldürülən “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib ki, Rusiyada yaşayan yaxınları hazırda təzyiq altındadır.

 

Sfera.az bildirir ki, o,  Report-a açıqlamasında bildirib ki, sözügedən hadisədən dərhal sonra Azərbaycan dövləti dəstək və diqqətini əsirgəməyib.

 

“Təəssüf ki, bu müsibət başımıza gəldi. Bu məsələdə Allaha və dövlətimizə güvənirəm. Bir neçə dövlət qurumundan mənimlə əlaqə saxlayıblar. Rusiyada yaşayan digər yaxınlarımız artıq Azərbaycan dövlətinin dəstəyini hiss etməyə başlayıblar. Rusiya tərəfi dövlətimizin dəstəyindən sonra qanunazidd addımlarından çəkinməyə başlayıb. Azərbaycanın Rusiyadakı səfirliyi, konsulluq, Diasporla İş üzrə Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır”, - o qeyd edib.

 

S.Hüseynlinin sözlərinə görə, onun digər qohumu Kamal Qədiməli oğlu Səfərov da işgəncə görüb:

 

“Hələ də aqibətindən xəbər olmayan yaxınlarımız var. Ölənlərin cənazələrinin təhvil verilməsi üçün danışıqlar gedir. Rusiya tərəfi meyitlərin təhvil verilməsi məsələsində lüzumsuz bəhanələr gətirir. Onlar bunu köhnə kriminal hadisənin hesablaşması kimi göstərməyə çalışırlar. Onların ürəktutmasından öldükləri barədə yalan məlumatlar yayırlar. Qarşı tərəf özünü bu məsələdə qeyri-obyektiv aparır. Qohumlarımız - qadınlı, uşaqlı, qocalı - hamısı təzyiq və qorxu altındadır”.

 

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 3 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılardan 2-si Seyfəddin Hüseynlinin qardaşıdır.

 

Azərbaycan Xarici İşlər Nazirliyi də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı iyunun 28-də bəyanat yayıb.


OXŞAR XƏBƏRLƏR

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...