Azərbaycanda yoxa çıxan 5000 eşşək görün haralarda imiş – RƏSMİ AÇIQLAMA

Azərbaycanda yoxa çıxan  5000 eşşək görün haralarda imiş – RƏSMİ AÇIQLAMA
Azərbaycanda 5000 eşşəyin yoxa çıxması məsələsi bayram günlərində ən çox müzakirə olunan mövzu oldu.

Qafqazinfo.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərində, ictimaiyyət arasında bu məsələ xeyli maraq doğurub.

İnsanların bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, eşşəklərin yoxa çıxmasının səbəbi onun ətinin dönərxanalarda istifadə edilməsidir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35,8 min baş təşkil edib.
"Qafqazinfo” 5000 eşşəyin yoxa çıxmasının səbəbləri ilə maraqlanıb.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev açıqlamasında bildirib ki, eşşəklərin yoxa çıxmasının birinci səbəbi yeni nəslin doğulmaması ilə bağlıdır:

"Bu, o deməkdir ki, 5000 yeni eşşək doğulmayıb ki, artım olsun. Bütün canlılar kimi eşşəklər də ömrünü başa vurub təsərrüfatdan çıxırlar. Bundan əlavə, insanlar eşşəklərin yeni nəslinin doğulub-törəyib artmasında maraqlı deyillər.

Məsələn, qoyunçuluqda hamı cəhd edir ki, bir ildə heç olmasa bir, yaxud iki quzu alsın. Maldarlıqda çalışırıq ki, hər inəkdən bir buzov alaq. Ancaq təkdırnaqlı heyvanlarda atlarda və eşşəklərdə elə bir stimulverici motiv yoxdur. Ona görə də, təbii ki, eşşəklər ehtiyaca uyğun olaraq azalır.

Üçüncüsü, eşşəklər, atlar, qatırlar nəqliyyat vasitəsi kimi istifadə olunur. Ancaq kiçikhəcmli, müxtəlif növlü nəqliyyat vasitələri meydana çıxdıqca onlara ehtiyac azalır. Ona görə də insanlar yeni nəslin törəyib artmasında maraqlı deyillər”.

Şöbə müdiri yoxa çıxan eşşək ətindən dönərxanalarda istifadə olunması məsələsinə də cavab verib. O, vətəndaşlardan xahiş edib ki, əgər kimsə eşşək ətindən dönərxanalarda istifadə olunduğunu bilirsə, Dövlət Baytralıq Nəzarəti Xidmətinə müraciət etsin.

Onlar da mütəxəssis səviyyəsində bunu araşdırsın: "Elə-belə kənardan, fakt, sübut olmadan bunu demək düzgün deyil. Bir məsələdə kimsə subyektiv fikrini deyirsə, bu, o demək deyil ki, faktlara söykənir. Ancaq kimdəsə elə fakt varsa, müraciət etsin və araşdırılsın”.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən də məsələyə münasibət öyrənilib. Xidmətin mətbuat rəhbəri Yolçu Xanvəli bildirib ki, qurumun apardığı reydlər və ekspertiza laboratoriyalarında keçirilən araşdırma zamanı eşşək ətindən dönərxanalarda istifadə olunması faktına rast gəlinməyib.

OXŞAR XƏBƏRLƏR

Öldü deyilirdi, xalq arasında göründü - FOTO

İran mətbuatı ölkənin Ali dini liderinin müşaviri Əli Şamxaninin fotoşəkilini yayıb.   Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, o həmin...

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib.   Sfera.az bildirir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndə...

Mişustinin müavini: "Rusiya Türkiyədə AES-in tikintisində iştirak edə bilər"

Rusiya Türkiyədə atom-elektrik stansiyasının tikintisində iştirak edə bilər.   Sfera.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ru...

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə&nb...

İran MAQATE ilə əməkdaşlığı dayandırır

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə İranın nüvə obyektlərinə girişə icazə verilməyəcək və həmin obyektlərdə agen...

Azərbaycan Diasporuna Dəstək Fondu maliyyə vəziyyətini açıqladı

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu 2024-cü ili 2 min manat zərərlə başa vurub. Halbuki, Fond 2023-cü ildən 32...