Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar

Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar

Bir neçə dəqiqə əvvəl Bakı metrosunda problem yaranıb.

Bu barədə "Qafqazinfo"ya sərnişinlər məlumat verib. Həzi Aslanov istiqamətində hərəkət edən qatar "28 May-Gənclik” stansiyaları arasında tuneldə dayanıb. 

Məlumata görə, qəfil tüstülənmə vaqonu bürüyüb, huşunu itirənlər də var.

Sərnişinlər təxliyyə olunub.

***

"Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  açıqlamasında bildirib ki, "28 May-Gənclik” stansiyaları arasında tuneldə tüstülənmə baş verib:

"Qatarların hərəkətində heç bir problem yoxdur. Hazırda qurumun işçiləri tuneldə tüstülənmənin səbəbini araşdırır. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".


OXŞAR XƏBƏRLƏR