Erməni general Rusiyada Qarabağ danışıqları aparır

Erməni general Rusiyada Qarabağ danışıqları aparır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü Azərbaycanda birmənalı qarşılanmadı. Son gərginlikdən sonra belə fikirlər var ki, Rusiya Ermənistana yeni hücumlar etməsi dəstək verə bilər.

 Mütəxəssislər məsələni bir neçə aspektdən şərh edir. Hərbi ekspert Üzeyir Cəfərli hesab edir ki, belə ikitərəfli görüşlərin keçirilməsi normal qəbul olunsa da məhz erməni və rus ali hərb rəhbərlərinin görüşünün bir neçə səbəbi ola bilər.

"Görüşün ən sadə və birinci səbəbi odur ki, Ermənistanın hərbi rəhbərləri təcrübəsizdir, buna görə də mütəmadi olaraq Rusiya tərəfindən təlimatlandırılır. Mavses Akopyan  buna qədər separatçı rejimdə "müdafiə naziri” olub, oradan da birbaşa Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi təyin olunub. Yuri Xaçaturovdan sonrakı nazir səriştəsizdir və narahatdır ki, birdən Rusiya Ermənistanın maraqlarını qurban verər”.

Üzeyir Cəfərov bunu həm də çaxnaşmada olan Ermənistan üçün bir fürsət kimi də dəyərləndirib.

"Apreldə Ermənistanda parlament seçkiləri keçiriləcək deyə indidən görüşlər keçirilir. Ancaq narazılıqlar böyükdür, hətta Seyran Ohanyanın tərəfdarlarına atəş açıldı, yaralananlar oldu - deyə dəstəyə və məsləhət ehtiyac duyurlar. Belə olan halda ordunun üzərinə də az məsuliyyət düşmür. Seçki ilə yanaşı, digər bir səbəb də Gümrüdəki hərbi bazada yaranan narahatlıqların aradan qadırılması üçün tapşırıqlar verilə bilərdi”.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərinin iclasında Azərbaycanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıxov təmsil edir. 


OXŞAR XƏBƏRLƏR