Xırdalanda 5 nəfər boğulub öldü - 2-si tələbə qız, 2-si isə ana-bala olub - ADLAR - YENİLƏNİB

Xırdalanda 5 nəfər boğulub öldü - 2-si tələbə qız, 2-si isə ana-bala olub - ADLAR - YENİLƏNİB

14:26

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tələbələrdən başqa ölən hər 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın qohumları olub. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Beləliklə, ölənlərdən ikisi məhz Turanə Xanlayeva xalası və xalası qızıdır.

---------

13:50

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub. 

Milli.Az  bildirir ki,  APA-nın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir. 

Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

----------

12:55

Xırdalan şəhərində dəhşətli hadisə baş verib.

Sfera.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.



OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...