Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

 Belə halda həkimə müraciət etmək lazımdır


 

Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. Bu parlaq ləkə müxtəlif bamraqlarda müxtəlif görünüşə malikdir, lakin ən yaxşı  böyük barmaqda sezilir, çeçələ barmağında isə ümumiyyətlə görünməyə bilər.

 

Sfera.az Rusiya KİV-inə istinadla verdiyi xəbərə görə, normal aypara böyük dırnaq səthinin 20-25% örtür. Onun ölçüsü və formasının dəyişməsi insan səhhətilə bağlı ciddi problemlər barədə xəbər verə bilər!

 

Belə ayparaların dırnaqda olmaması yüksək qan təzyiqi və ürək xəstəliklərinə irsi meyilliyə işarədir. Əgər böyük barmaqda bu ayparalar yoxdursa, deməli təzyiqlə bağlı çox ciddi problemləriniz var. Belə halda həkimə müraciət etmək lazımdır.

 

Heç bir barmaqda ayparanın olmaması B-12 vitamini çatışmazlığından, qalxanabənzər vəzi problemləri, nervoz və yüksək ağrı hissiyatından xəbər verə bilər.

 

 

Ayparaların adi ölçüdən böyüklüyü aşağı qan təzyiqindən xəbər verir. Böyük ölçülü ayparalar, adətən idmançılarda müşahidə olunur.

 

Bundan əlavə bütün barmaqlarda ayparaların həddindən çox böyüklüyü ürək çatışmazlığı fəsadı ola bilər. 

 

 

Ayrı-ayrı dırnaqlardakı ayparaların müxtəlifliyinə, adətən vəzilərin sekresiyasının (vəzilərin orqanizmin fizioloji fəaliyyətinə lazım olan maddələr hazırlayıb ifraz etməsi prosesi) pozulması müşahidə edilən insanlarda rast gəlinir.  Bu, yenə də təzyiqlə bağlı problemlərdən xəbər verə və hipertoniya əlaməti ola bilər.

 

 

Bundan əlavə ayparanın rənginə də diqqət yetirmək mühümdür. Əgər aypara parlaq göy çalara malikdirsə, bu, qara ciyər fəaliyyətində pozuntudan xəbər verir. Qırmızıdırsa, ürək çatışmazlığına işarə edir.

 

 

Hər bir barmaq müəyyən orqanlar qrupu ilə əlaqəlidir. Baş barmaq baş beynə cavabdehdir.

 

 

Şəhadət barmağı ağ ciyərlər və bağırsaqla əlaqəlidir. Ağ ciyərləri xəstə olan insanlar, eləcə də həddindən çox siqaret çəkənlərdə ayparalar nazik olur və ya ümumiyyətlə görünmür. Forma və ölçüdəki dəyişikliklər həzm yolu problemləri barədə xəbər verə bilər.

 

 

Orta barmaq qan-damar sistemi fəaliyyətini əks etdirir. Bu barmaqda ayparanın olmaması sinir sisteminin damar xəstəlikləri simptomu ola bilər.

 

 

Adsız barmaq böyrəklər və endokrin (daxili ifrazat) sistemi fəaliyyətindən məlumat verir. Əksər insanlarda adsız barmaqda aypara kiçik olur, odur ki, yalnız rənglərinə əsaslanmaq lazımdır.  

 

 

Çeçələ barmağı ürək və nazik bağırsaq fəaliyyətinə cavabdehdir. (inter.az)

 


OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...