Dilin üzərindəki ağ ləkə nədir?

Dilin üzərindəki ağ ləkə nədir?

Sağlam dilin çəhrayı olduğunu hamımız bilirik. Buna görə dildə yaranan ağ ləkələr narahatlıq yaradır. Dildəki ağ ləkələrin hansı səbəbdən yarandığı və müalicəsinin mümkün olub-olmadığı maraqlıdır. Aile.lent.az dildəki ağ ləkələrlə bağlı bilmədiyiniz bir çox faktlarla sizi tanış edir.

Dilin üst hissəsi kiçik pulcuqlardan ibarətdir. Yeyilən qidaların qalıqları bəzən dildə bakteriya yaranmasına səbəb olur. Bu bakteriyalar dildə olan toxumaların arasına yerləşərək iltihab yaradır. İltihabın meydana gəlməsi nəticəsində dildə ağ ləkələr yaranır. Bu ağ ləkələr bəzən infeksiya əlaməti, bəzənsə ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Ağ dilin ən geniş yayılan əlaməti dehidrasiyadır. Quru ağızda bakteriyalar qısa müddət ərzində törəməyə səbəb olur. Diş fırçalayarkən dili də fırçalamaq dilin ağarması riskini azaldır. Eyni zamanda, dil nizamlı təmizlənmədikdə göbələk meydana gələ bilər. Bu göbələklər vaxt keçdikdcə diş ətləri, badamcıqlar və boğazın arxa tərəfinə yayıla bilər. Bununla yanaşı...

- Bədənin hər hansı bir yerində meydana gələn infeksiyalar

- Qızdırmalı xəstəliklər

- Boğaz infeksiyaları (dildə göbələk meydana gəlməsi)- Spirtli içkilər və siqaret istifadəsi

- Ürək xəstəliyi və ədviyyatlı yeməkləri çox yemək də digər əhəmiyyətli faktorlar arasındadır.

Müalicəsi üçün nə etmək lazımdır?

İltihablı ağ dil bağırsaqlardakı sağlam bakteriyaların az olduğuna işarədir. Bunun qarşısını almaq üçün bol miqdarda probiotikli qidalar yemək lazımdır. Probiotikli qidalar bağırsaqdakı faydalı bakteriyaların yaranmasını və nəticədə ağ ləkələrin müalicəsini təmin edir.

Hindqozu yağı

Hindqozu yağı bakteriyaların ağızdan atılmasını təmin edən ən əhəmiyyətli üsuldur. Aparılan  araşdırmalar sübut edir ki, hind qozu yağı ağızda yaranan mikroorqanizmləri azaldır. Bir yemək qaşığı hind qozu yağını ağzınızda 10 dəqiqə saxlayın və tüpürün. Ağzınızı ilıq suyla yuduqdan sonra dişlərinizi hər zamankı kimi fırçalaya bilərsiniz.(DAY.AZ)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...