Rayonlarında əhali arasında erkən nigahla bağlı maarifləndimə işi aparılacaq

Rayonlarında əhali arasında erkən nigahla bağlı maarifləndimə işi aparılacaq

 

Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında əhali arasında erkən nigahla baglı maarifləndimə işi aparılacaq.

 

"Erkən nikah gənclik üçün bəladır” layihəsinə start verən "Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə reallaşdıracaqları layihə ilə bu əhəmiyyətli problemə diqqət çəkəcəklərinə inanır. Bölgələrdə erkən nikahların qarşısını almaq üçün müxtəlif tədbirlər və maarifləndirmə kampaniyası aparılacaq. Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında fəaliyyət göstərən müxtəlif strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif tədbirlər və görüşlər keçiriləcək. Əsas hədəf qrupunu təşkil edən orta məktəb şagirdləri üçün təbliğat xarakterli müxtəlif materiallar hazırlanacaq. Məhz bu rayonlarda erkən nikahla bağlı problemlər ciddi olduğundan layihədən daha çox sayda gəncin faydalanması məqsədilə orta məktəblərdə kütləvi tədbirlərin keçirilməsi təmin ediləcək. Mütəxəssislərin iştirakı ilə hazırlanacaq təbliğat vasitələri, keçiriləcək maarifləndirici tədbirlər, gənclərin erkən nikahların fəsadlarını daha aydın anlamağa, valideyinlərin isə problemin ciddiliyini bilməklə yanaşı onların işin məsuliyyətini dərk etmələrinə yardımçı olacaq. Həmçinin erkən nikahların doğurduğu problemlərlə bağlı ətraflı məlumat almış gənclər bu sahədə ictimai fəalliq göstərmələri üçün təlimatlandırılacaqlar.

 

"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva

 

 

 

 

Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında

 

"Erkən nikah gənclik üçün bəladır”

 

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə "Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi "Erkən nikah gənclik üçün bəladır” adlı layihəyə start verib

 

Layihə çərçivəsində bölgələrdə erkən nikahların qarşısını almaq üçün müxtəlif tədbirlər və maarifləndirmə kampaniyası həyata keçiriləcəkdir. Bunun üçün regionda fəaliyyət göstərən müxtəlif strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif tədbirlər, görüşlər keçiriləcəkdir. Layihənin məqsədi erkən nikahların qarşısının alınmasına dair maarifləndirici fəaliyyət olduğundan hədəf qrupunu təşkil edən orta məktəbdə təhsil alan şagirdlər üçün təbliğat xarakterli müxtəlif materiallar hazırlanacaqdır. Layihə Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında keçiriləcəkdir. Yuxarıda göstərilən rayonlarda erkən nikahla bağlı problemlər ciddi olduğundan layihədən daha çox sayda gəncin faydalanması məqsədilə orta məktəblərdə kütləvi tədbirlərin keçirilməsi təmin ediləcəkdir. Mütəxəssislərin iştirakı ilə hazırlanacaq təbliğat vasitələri, keçiriləcək maarifləndirici tədbirlər vasitəsilə gənclərin erkən nikahların fəsadlarını daha aydın anlamağa, valideyinlərin problemin ciddiliyini, məsuliyyətini daha dərindən anlamalarına çalışılacaqdır. Həmçinin erkən nikahların doğurduğu problemlərlə bağlı ətraflı məlumat almış gənclər bu sahədə ictimai fəalliq göstərmələri üçün təlimatlandırılacaqlar.

 

"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva


OXŞAR XƏBƏRLƏR