Böyük dövlətlərin Azərbaycana qarşı xain Qarabağ planı
Sarkisyanın Brüssel, Fransa və Rusiya səfərlərinin pərdə arxasında hansı məqamlar dayanır?
Ermənistan prezidenti Serj Sarkisyan Fransada səfərdədir. Bundan əvvəl isə ötən ayın sonlarında Sarkisyan Brüsselə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Komissiyasının rəhbəri Donald Tusk ilə görüşüb. İki əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvanda səfərdə olub. Serj Sarkisyan martın 14-ü Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Bütün bu səfər və görüşlər Qarabağda gərginliyin artması, qanlı toqquşmaların baş verməsi fonunda baş tutur. Təsadüfi deyil ki, ötən gün Elmar Məmmədyarov bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar dayandırılıb.
"Ermənistan tərəfi danışıqlara getmir. Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur”, - Məmmədyarov bildirib.
Sarkisyanın Brüssel, Fransa və Rusiyaya səfərlərini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov İstiPress-ə bildirdi ki, Rusiya, Fransa, ABŞ və Ermənistan Dağlıq Qarabağ ətrafında ciddi şəkildə Azərbaycanın ziyanına işləyirlər.
"Qarabağ üzrə planı mövcuddur. Rusiya və Ermənistan həmin plan üzrə hərəkət edir. Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana iki gün əvvəl səfər edib. Sarkisyanla görüşdü, bəzi məsələləri birbaşa çatdırdı. İndi Sarkisyan Fransada olan Sarkisyan Fransua Ollandı proseslə bağlı məlumatlandıracaq. Rusiya, Fransa, ABŞ və Ermənistan Dağlıq Qarabağ ətrafında Azərbaycanın ziyanına işləyirlər. Bunu çəkinmədən deyirəm və sübut etməyə də hazıram. Çox xaincəsinə, nankorcasına. Üzdə Azərbaycanın üzünə gülürlər, guya dəstəkləyirlər, amma əməldə, fəaliyyətdə sırf erməni mövqeyi tuturlar. Bu da təəccüblü deyil. Fransa prezidenti bu yaxınlarda separatçıları ruhlandıran bəyanat verdisə, düşünmürəm ki, Sarkisyanla görüşündə başqa fikir səsləndirsin”, - Üzeyir Cəfərov bildirdi.
İlham Əliyev, Vladimir Putin, Serj Sarkisyan
Polkovnikin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağın Azərbaycanın yuridiksiyasına qayıtmasına mane olurlar.
"Rusiya xarici işlər naziri Sergey Lavrov azərbayanlı həmkarı Elmar Məəmmdyarovla görüşdən sonra keçirilən mətbuat konfransında Qarabağla bağlı qəribə fikirlər səsləndirdi. Təhqiramiz fikirlər idi. Bunlar Azərbaycanın başını qatmaq istəyirlər. Bunu elə formada həyata keçirirlər ki... Xain şəkildə. Bu gün dünyada dövlətlərin bölünməsi prosesi gedir. Ermənistan Dağlıq Qarabağda tikinti qurucuuq işləri aparırsa, xarici şirkətləri dəvət etməklə işlər görürsə, deməli Rusiya, Fransa və ABŞ-dan zəmanət alıb ki, Qarabağ Azərbaycana qaytarılmayacaq”, - ekspert sözlərinə əlavə edib.
Qarabağ
Bütün bunları Azərbaycanın nəzərə aldığını bildirən Ü.Cəfəro qeyd edib ki, rəsmi Bakı qəti qərarını verməlidir. Onun sözlərinə görə, Bakı hərbi və diplomatik sahədə təzyiqi bir qədər də artırmalıdır.
"Ötən il aprel ayında müəyyən qədər yumşaqlıq nümayiş etdirdik. Bunun qarşısı yavaş-yavaş alınmalıdır. Diplomatik və hərbi istiqamətdə təzyiqləri artırmalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapsın. ABŞ, Rusiya, Fransa vı Ermənistan Dağlıq Qarabağın Azərbaycandan qoparılması istiqamətində çox çirkin siyasət aparırlar. Fransadan sonra Sarkisyan Rusiyaya gələcək. Martın 14-nə qədər Azərbaycan Silahlı Qüvvələri son dərəcə diqqətli olmalıdır. Cəbhə bölgəsində ən ağır toqquşmaların olması mümkündür”, - hərbi ekspert bildirib.
Politoloq Fikrət Sadıqov isə İstiPress-ə bildirdi ki, Serj Sarkisyanın Avropa səfəriylə bir növ Rusiyanı şantaj, təhdid edir.
"Sarkisyan hal-hazırda çapalayır. Etiraf etmək lazımdır ki, Ermənistan Rusiyanın müttəfiqidir və Moskva müəyyən məsələlərdə İrəvanı dəstəkləyir. Lakin son vaxtlar Rusiya Ermənistana lazım olan səviyyədə dəstək vermir. Aprel döyüşlərində və bu il fevral döyüşlərində Moskva açıq-aşkar İrəvanın tərəfində durmadı. Azərbaycanla münasbətləri korlamaq istəməyən Rusiya Bakını strateji tərəfdaş adlandırır. Bu da Ermənistanı qıcıqlandırır. Ona görə də Sarkisyan Avropaya üz tutaraq görüşlər keçirir. Sarkisyan bununla sanki Rusiyanı şantaj, təhdid edir”, - politoloq qeyd etdi.
Elmar Məmmədyarov və Sergey Lavrov
Məmmədyarov-Lavrov görüşünü də şərh edən F.Sadıqov bildirib ki, Qarabağ münaqişəsində kompromis artıq mövcud deyil, ona görə də konkret addımlar atmağın vaxtıdır. İşğal ltında olan torpaqlarımız azad olunmalıdır:
"Sarkisyanın Rusiya səfərində də formatdan kənar söhbətlər getməyəcək. Sarkisyan Putindən daha güclü dəstək gözləyir. Real addımlar atılmasını istəyir. İnanmıram ki, Sarkisyanla görüşdən sonra Putin mövqeyini radikal şəkildə dəyişsin”.