Siqareti tərgitmək istəyənlər bu qidaları yesin - SİYAHI

Siqareti tərgitmək istəyənlər bu qidaları yesin - SİYAHI

Mütəxəssislər siqareti tərgitmə müddətində düzgün qidalanmanın əhəmiyyətli rol oynadığını deyirlər. Təbiətdə olan bir çox qida həm siqareti tərgitməyə, həm də sonrakı müddətdə çəkini nəzarət altında saxlamağa kömək olur. Sfera.az lent.az-a istinadən siqareti tərgitməyə kömək edən qidalarla bağlı mütəxəssis fikirlərini təqdim edir.

Zəncəfil ağciyərləri təmizləyir
 
Siqaret çəkən bir çox insan bu vərdişdən xilas olmaqda çətinlik çəkməklə yanaşı, sonradan kökəlmək qorxusundan siqareti tərgidə bilmədiyini etiraf edir. Ancaq bəzi təbii qidalar həm siqareti tərgitməyə kömək olar, həm də çəkinin artmasına imkan verməz. Bu mövzuda ilk köməyinizə çatan qida zəncəfildir. Zəncəfil ağciyərlərin təmizlənməsi üçün olduqca təsirlidir. Zəncəfili çaya və ya yeməklərə qataraq içə bilərsiniz. Biyan kökü kimi güclü qoxusu sayəsində insanı rahatlaşdırır və siqaret çəkmə ehtiyacının qarşısını alır.
 
C vitamini şərtdir
 
Siqareti tərgitmək üçün təbii C vitamini qəbul etmək lazımdır. Bu baxımdan ən təsirli qidalardan biri portağaldır. C vitamini təsiri sayəsində dəmir çatışmazlığını azaldır. Portağal kimi naringi və qreypfrut da antioksidant təsiri göstərir və tərkibindəki C vitamini sayəsində bədənin siqaretə olan ehtiyacını azaldır. İnsanlar siqaret çəkməklə bədənlərində ən çox C vitamini itirirlər. C vitamini əvəzinə nikotinin təbii olmayan elementləri yerləşir. Bu səbəbdən də siqareti tərgitmək üçün təbii formada daha çox C vitamini qəbul etmək lazımdır. Gündə 1 portağal sizə kömək olar.
 
Sarımsaq bədəni təmizləyir
 
Tərkibindəki manqan, silisium, kükürd, sulfid birləşmələri kimi bir çox maddələr sayəsində yaxşı bir antibiotik və antioksidant olan sarımsağın nizamlı olaraq yeyilməsi bədənə bir çox fayda verir. Bədənin təmizlənməsini təmin edən sarımsaq eyni zamanda, siqaret çəkmə vərdişinə qarşı mübarizə aparır. Sarımsaq xüsusilə yeməklərdə istifadə edildikdə C vitamini və antioksidant təsiri ilə toxluq hissi yaradır, çəkini qorumağa dəstək olur.
 
Daim darçın yeyin
 
Siqareti tərgitməyə kömək olan qidalardan biri də qan şəkərini tarazlayan darçındır. Darçın yaxşı bir antioksidantdır. Darçını istər çubuq, istər toz şəklində qəbul edə bilərsiniz. Gündə bir dəfə 1 çubuq və ya 1 çay qaşığı toz darçınını qatığa, çaya və ya südə qarışdıraraq içə bilərsiniz.
 
Gündə bir gavalı
 
Yüksək antioksidant təsiri və lif tərkibi ilə siqareti tərgitməyə kömək olur. Bu müddətdə nizamlı olaraq gündə 1 dənə yeməklə dəmirin əmiləməsinə dəstək olarsınız. C vitamini baxımından zəngin olan gavalı A, B2 vitamini və kalium qaynağıdır. Siqareti tərgitdikdən sonra artıq çəkinin alınmasına da mane olur.


OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...