Ömürlük məhkumlar əfv oluna bilər - AÇIQLAMA

Ömürlük məhkumlar əfv oluna bilər - AÇIQLAMA
Azərbaycanda hazırda 3 OMON-çu ömürlük həbsdədir. Növbəti əfv fərmanında onların azadlığa çıxması gözlənilir. Belə ki, 21 ildir cəza çəkən keçmiş OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv edilmək üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər.

İnsan Hüquqları üzrə Birgə işçi qrupun üzvi, hüquq müdafiəçisi Novella Cəfəroğlu Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:

"Növbəti əfvi gözləyirik. Artıq siyahını təqdim etmişik. Lakin bu vaxtadək verilən əfv fərmanları ömürlük azadlıqdan məhrum olan şəxslərə aid olmayıb. Bu il isə ömürlük azadlıqdan məhrum edilən OMON-çuların da adını əfv oluna biləcək şəxslərin siyahısına daxil etmişik”.

N.Cəfəroğlu bildirib ki, bu vaxtadək OMON-çuların böyük qismi əfv fərmanı ilə azadlığa buraxılıb. Hüquqşünas Elçin Sadıqov isə saytımıza açıqlamasında vurğulayıb ki, OMON-çularla bağlı sonuncu əfv fərmanı 2005-ci ildə imzalanıb.

OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...